Ölkə futbolu
Reynaldo “Qarabağ”da nə qədər qazanacaq?
“Qarabağ”ın yeni transferi Reynaldo Silva Braziliyaya qa…
“Qarabağ”ın yeni transferi Reynaldo Silva Braziliyaya qayıdıb. Qış istirahəti üçün vətəninə gedən hücumçu toplanış vaxtı ağdamlıların düşərgəsində olacaq.
Qazaxıstan karyerasını yekunlaşdırıb sabiq klubuna dönən Reynaldonun ölkəmizdəki qazancı da bəllidi. O, “Qarabağ”da ilinə 150 min dollar qazanacaq. Əlavə xərclərlə birlikdə məbləğ 200 mini keçməyəcək.
Hücumçunun birdən-birə bu qədər ucuzlaşması səbəbsiz deyil. İsveçrədə oynamağına mane olan xroniki zədəsi, eyni zamanda Qazaxıstanda uğurlu karyera qura bilməməsi onu arxa plana atıb. Ağdamlılar isə ucuz başa gələn, oyununa bələd olduqları futbolçudan imtina etməyiblər. Bununla belə, onun anlaşmasına müəyyən bəndlər salınıb. Reynaldo istənilən formada olmasa, bəzi tələblərə cavab verməsə, bu, onun qazancına təsir edəcək.
Maraqlıdı ki, Reynaldonun “Neftçi”ə keçmək variantı da olub. Lakin o, bakılılardan 2 dəfə çox pul istədiyindən, danışıqlar başlamamış bitib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza