Ölkə futbolu
“Neftçi” “Fənərbaxça” ilə iş görür: TV, media və sponsorluq sahəsində
“Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqəl?…
“Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev Türkiyədə səfərdədi.
Futbolinfo.az xəbər verr ki, o, "Fənərbağça"nın klub televiziyası ilə tanışqlı məqsədilə qardaş ölkəyə yollanıb.
Bu da o deməkdi ki, artıq "Neftçi" TV-nin yayımı ilə bağlı işlər yekunlaşır.
Rüstəm bəy İstanbulda davam edən görüşləri ilə əlaqədar Sportinfo.az-a geniş məlumat verib:
Bura gəlməkdə məqsədimiz “Fənərbaxça”nın Media və Marketinq Departamentlərinin fəaliyyəti ilə yaxından tanış olmaqdı.
Bildiyiniz kimi, biz “Neftçi” TV-ni açmağı planlaşdırırıq. Klub televiziyası olaraq birinci mərhələdə internet üzərindən yayımlanmaq istəyirik.
Odu ki, “Fənərbaxça”nın təcrübəsi ilə tanış olmaq yerinə düşdü. FBTV-ni gəzdim, hər bir otağıyla maraqlandım.
Hansı avadanlıqlardan istifadə olunur, otaqlar necə qurulur, canlı yayıma necə çıxırlar, nə cür proqramları var və s.
Öyrənmək istəyirdim ki, sosial şəbəkə üzərindən işlərini necə davam etdirirlər, azarkeşlərlə əlaqələri necə qururlar, media ilə əlaqələri necədi, onlarla münasibətləri hansı şəkildə qururlar, oyun zamanı jurnalistlərin fəaliyyətini necə təmin edirlər.
Ayın 27-də İstanbulda olacam. Bu müddətdə klubun akademiyasının oyunlarını izləyəcəm. Mənə maraqlıdı ki, oyunların canlı yayımını necə təşkil edirlər.
Çünki biz də nəzərdə tutmuşuq ki, “Neftçi” TV açılanda aşağ yaş qrupları üzrə komandaların oyunlarını canlı yayımlayaq.
Həmçinin Marketinq Departamenti ilə görüşüm olacaq. Sponsorlarla əlaqələri hansı şəkildə qururlar, hansı işləri görürlər, hansı marketinq alətlərindən istifadə edirlər – bu və digər məsələlərə aid dəyərli bilgilər əldə etməyə çalışacam”. (Sportinfo)