Ölkə futbolu
Liqa iştirakçıları muzeylə tanış oldu
Bu gün Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzeyin a&cce…
Bu gün Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzeyin açılış mərasimi keçirilib.
Futbolinfo.az xəbər verir ki, rəsmi hissə başa çatdıqdan sonra muzeyin ilk ziyarətçiləri AFFA-nın U-12 Liqasında çıxış edən Topaz Premyer Liqası klublarının müvafiq yaş qrupundan ibarət komandalarının üzvləri olub.
AFFA tərəfindən qeyd olunan komandalar üçün əyləncəli proqram təşkil edilib. Əvvəlcə paytaxtın tanınmış məkanlarından birində yemək süfrəsi arxasında toplaşan kiçik yaşlı futbolçular daha sonra UEFA Avropa Liqası muzeyində sərgilənən eksponatlarla tanış olublar.
Muzeyin fəaliyyət göstərəcəyi 22 dekabr – 7 yanvar tarixləri aralığında AFFA tərəfindən digər yaş qruplarına aid komandalar üçün də analoji tədbirlər keçiriləcək.
Xatıraldaq ki, saat 15:00-dan 22:00-dək ictimaiyyətə açıq olacaq muzeyə giriş ödənişsizdir.
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-01 10:02
Vadim “Araz-Naxçıvan”ı fərqləndirir: “Psixoloji cəhətdən axsayırdıq”