Dünya futbolu
“Yuventus” “Roma”ya qalib gəldi, “İnter” xal itirdi, “Milan” uduzdu
Bu gün İtaliya A Seriyasında 17-ci turun oyunları keçir…
Bu gün İtaliya A Seriyasında 17-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
Günün ilk matçında “Latsio” öz meydanında “Kalyari”ni qəbul edib və inamlı qələbəyə sevinib. “Napoli” SPAL-ı, “Milan” “Fiorentina”nı qəbul edib. Neapollular doğma meydanda minimal hesabla qalib gəldikləri halda, milanlılar oxşar hesabla məğlub olublar. Milanın digər təmsilçisi “İnter” isə “Kyevo” səfərinə yollanıb və xal itkisi ilə üzləşib.
Turun mərkəzi qarşılaşması Turində keçirilib. “Yuventus” doğma azarkeşləri qarşısında “Roma”nı qəbul edib. Görüşün taleyini 1 qol həll edib. Meydan sahibləri qələbə qazanmaqla zirvədəki mövqeyini bir qədər də möhkəmləndirib.
İtaliya A Seriyası
17-ci tur
22 dekabr
Latsio – Kalyari 3:1
Qol: Saviç, 12. Açerbi, 23. Luliç, 67 – J.Pedro, 90.
Milan – Fiorentina 0:1
Qol: Kyeza, 73.
Empoli – Sampdoriya 2:4
Qol: Paskual, 11. Kaputo, 76 – Q.Ramires, 41. Kvalyarella, 69. Kaprari, 87; 90.
Napoli – SPAL 1:0
Qol: Albiol, 45.
Cenoa – Atalanta 3:1
Qol: Toloy, 45-öz qapısına. Lazoviç, 67. Piatek, 88 – Sapata, 55-öz qapısına.
Sassuolo – Torino 1:1
Qol: Brinyola, 90 – Belotti, 55.
Udineze – Frozinone 1:0
Qol: Mandraqora, 32 – Çano, 61-pen.
Kyevo – İnter 1:1
Qol: Pellissye, 90 – Perişiç, 39.
Parma – Bolonya 0:0
Yuventus – Roma 1:0
Qol: Mandzukiç, 35.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar