Dünya futbolu
“Beşiktaş”dan antirekord
Türkiyənin “Beşiktaş” klubu antirekorda imza atıb…
Türkiyənin “Beşiktaş” klubu antirekorda imza atıb.
Futbolinfo.az xəbər verir ki, Super Liqanın cari mövsümündə cəmi 26 xal toplaya bilən İstanbul təmsilçisi 1994/95 mövsümündən bəri ən pis ilk dövrə nəticələrindən birinə imza atıb.
Geridə qalan 17 turda 7 qələbə qazanıb, 5 heç-heçə edən “qara qartallar” 5 oyunda da məğlubiyyətlə üzləşib. Türkiyə çempionatının 1994/95 mövsümündən etibarən 34 turdan ibarət keçirildiyini nəzərə alsaq, İstanbul təmsilçisi daha öncə 2005/06 mövsümündə belə uğursuzluq yaşamışdı. Həmin mövsümün ilk dövrəsində 7 qələbə qazanıb, 4 heç-heçəyə imza atan “Beşiktaş” 6 məğlubiyyətin ardından 25 xal toplamışdı və turnir cədvəlində 5-ci yeri tutmuşdu.
İstanbul nəhəngi həm də bu klubda 4-cü mövsümünü keçirən baş məşqçisi Şenol Günəşin rəhbərliyi altında ən pis ilk dövrə nəticəsinə imza atıb.