Dünya futbolu
“Arsenal”da daha bir itki
İngiltərənin “Arsenal” klubu itki ilə üzləşib.
…
İngiltərənin “Arsenal” klubu itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, London klubu hücumçu Denni Uelbek və müdafiəçi Rob Holdinqin ardından daha bir futbolçusunu itirib. Söhbət “topçular”ın erməni yarımmüdafiəçisi Henrix Mxitaryandan gedir.
O, İngiltərə Liqa Kuboku çərçivəsində “Tottenhem”ə 0:2 hesabıyla uduzduqları oyunda sıradan çıxıb. Bu üzdən “Bernli”ni 3:1 hesabıyla məğlub etdikləri Premyer Liqa matçında iştirak etməyən Mxitaryanın bir müddət yaşıl meydanlardan kənar qalacağı müəyyənləşib. Həkim müayinəsi zamanı ayağında qırıq aşkarlanan futbolçu bu üzdən azı 1,5 ay komandasına kömək edə bilməyəcək.
Bu mövsüm “Arsenal”ın heyətində 14 oyuna çıxan Henrix 4 qola imza atıb, 3 məhsuldar ötürmə müəllifi olub.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…