Ölkə futbolu
Təmkinlə Mahirin imza günü keçiriləcək
2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcə…
2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində növbəti imza gününün qonaqları bəlli oldu.
Futbolinfo.az xəbər verir ki, dekabrın 26-da saat 19:00-da “Avropa Liqası muzeyi”ndə millimizin və “Qəbələ”nin müdafiəçisi Təmkin Xəlilzadənin imza günü təşkil olunacaq. Dekabrın 27-də, saat 19:00-da isə milli komandanın və “Qarabağ”ın hücumçusu Mahir Mədətovun muzeydə imza günü keçiriləcək.
Muzey ziyarətçiləri imza günündə futbolçularımız ilə yaxından tanış ola, ondan imza ala, eləcə də foto çəkdirə biləcəklər.
Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edilib.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı