Müsahibə
“Klub məni saxlamaq istəyirdi, amma…” – Adil Nağıyev
“Zirə” ilə yollarını ayıran müdafiəçi Ad…
“Zirə” ilə yollarını ayıran müdafiəçi Adil Nağıyevin futbolinfo.az saytına müsahibəsi:
– “Zirə”dən niyə ayrıldın?
– Özüm getmək istədim. Karyeramda bir yeni səhifə açmaq istəyirdim. Bu səbəbdən ayrılmaq qərarı verdim.
– Klub səni saxlamaq istəyirdi?
– Əlbəttə ki, saxlamaq istəyirdilər. Amma mən belə qərar verdim.
– Son günlər söz-söhbət gəzir ki, yerli oyunçular Samir Abasovla yola getmirlər…
– Yazılanlar düzgün deyil. Mənim şəxsən heç kimlə problemim yox idi. Sadəcə, özüm üçün ayrılmağın daha yaxşı olacağını düşündüm. Buna görə də getdim.
– Sanki narazılığın hiss edilirdi. “Səbail”lə kubok matçında vurduğun qollara sevincin zamanı etirazın görünürdü…
– Etiraz etmədim orda. Sadəcə, ehtiyatdan meydana girdim və qollar vurdum. Bu, məni təbii ki, çox sevindirdi. Ona görə də belə sevindim.
– Samir Abasovla işləmək çətindi? Bəlkə sırf buna görə ordan ayrılmısan?
– Əlbəttə ki, “Zirə” yaranan gündən bu klubdayam. Futbol baxımından çox şey öyrəndim. Nəticələr qazandım, tarixə düşdüm. Bəlkə də daha çox qala bilərdim. Amma yenə də düşünürəm ki, mən ən düzgün qərarı vermişəm. Samir Abasovla işləmək çətin deyil. Hamı kimi o da futbolda lazım olan şeyləri tələb edir.
– Adın “Sumqayıt”la hallanır…
– Düzdü, “Sumqayıt”la danışığımız olub. Sadəcə, yekun qərar verməmişəm. Başqa variant var. Amma ad çəkməyim reklam kimi çıxar deyə istəmirəm. Ayın 27-də hər şeyə aydınlıq gələcək.
CAVAD
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar