Ölkə futbolu
Dodo “Qəbələ”dən dəvət alıb: “Zaur Əzizov dedi ki, Antalyaya gəl”
Braziliyalı yarımmüdafiəçi Dodo “Qəbələ”…
Braziliyalı yarımmüdafiəçi Dodo “Qəbələ”nin Türkiyədəki düşərgəsinə yollanmaq üçün klubdan dəvət alıb. Bu barədə futbolinfo.az-a futbolçu özü məlumat verib.
O bildirib ki, klubun meneceri Zaur Əzizov onunla əlaqə saxlayaraq Antalya toplanışına gəlməsini və orada yoxlanışdan keçməsini istəyib. Lakin Dodo yoxlanışdan keçmək istəmədiyini deyib:
“Zaur, mənimlə əlaqə saxladı. Bildirdi ki, Antalyadakı toplanışa gəl, yoxlanışdan keç. Amma mən bunu istəmirəm. 5 il “Qəbələ”də futbol oynamışam. Hamı istedadımı bilir. Niyə yoxlanışdan keçməliyəm?”.
Qeyd edək ki, tərəflər arasında danışıqlar davam edir.