Ölkə futbolu
“Neftçi”dən ayrılan qapıçı rəsmən “Sumqayıt”da
“Sumqayıt” dövrələrarası fasilədə ilk transferi…
“Sumqayıt” dövrələrarası fasilədə ilk transferini həyata keçirib.
Futbolinfo.az xəbər verir ki, sözügedən klub son olaraq "Neftçi"də çıxış etmiş Rəşad Əzizlini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
24 yaşlı qapıçı “Sumqayıt”la 1,5 illik müqavilə imzalayıb. Əzizli yeni komandasında 12 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Rəşad Əzizli futbolçu karyerası ərzində “Neftçi”dən başqa (17 oyun), “Simurq”, “Rəvan” (16 oyun) və AZAL-ın (2 oyun) uğurları üçün çalışıb. 1994-cü il təvəllüdlü qapıçı 15, 17, 19 və 21 yaşadək yığma komandalarımızın üzvü olub.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var