Ölkə futbolu
Millimizin hücumçusu azarkeşlərlə görüşəcək
Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasını…
Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində yerli futbol azarkeşləri ilə görüşəcək növbəti qonaq bəlli olub.
Futbolinfo.az xəbər verir ki, yanvarın 3-də saat 19:00-da “Avropa Liqası muzeyi”ndə millimizin və “Neftçi” PFK-nın hücumçusu Mirabdulla Abbasovun azarkeşlərlə görüşü təşkil olunacaq. Muzey ziyarətçiləri görüş günündə futbolçu ilə yaxından tanış ola, ondan imza ala, eləcə də foto çəkdirə biləcəklər.
Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.
Final oyunu bu il mayın 29-da keçiriləcək.