Dünya futbolu
Bundesliqada ilk dövrənin rəmzi heyəti açıqlandı
Futbol üzrə Almaniya Bundesliqasında cari mövsümü…
Futbol üzrə Almaniya Bundesliqasında cari mövsümün ilk dövrəsinin rəmzi heyəti açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, rəmzi heyətdə ilk dövrəni 42 xalla lider bitirən Dortmund “Borussiya”sının 5 futbolçusu yer alıb:
Qapıçı: Peter Qulaçi (Leytpsiq);
Müdafiəçilər: Yozua Kimmih, Niklas Süle (hər ikisi “Bavariya”), Dayot Upamenko (Leyptsiq), Əşrəf Hakimi (Borussiya D);
Yarımmüdafiəçilər: Marko Roys, Aksel Vitsel, Ceydon Sanço (hər üçü “Borussiya” D);
Hücumçular: Sebastyen Aller, Luka Yoviç (hər ikisi “Ayntraxt”), Robert Levandovski (Bavariya);
Ən yaxşı ehtiyat oyunçu: Pako Alkaser (Borussiya D).