Ölkə futbolu
“Zirə”dən daha bir rəsmi transfer
“Zirə” heyətinə yeni futbolçu cəlb edib.
Fut…
“Zirə” heyətinə yeni futbolçu cəlb edib.
Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Fil Dişi Sahilindən olan İsmail Fofana ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hücumçu ilə 6 ay + 1 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 30 yaşlı forvardın son iş yeri Serbiyanın "Voyvodina" klubu olub. Fofana buna qədər İngiltərədə “Çarlton” (2006-2010), Ermənistanda “Şirak” (2012-2013), İranda “Zob Ahan” (2013), Serbiyada “Partizan” (2013-2016) komandalarının formasını geyinib.