Dünya futbolu
Sabiq “Qarabağ”lı rəsmən PAOK-da
Mövsümün ilk yarısını icarə əsasında Qazaxıstan?…
Mövsümün ilk yarısını icarə əsasında Qazaxıstanın “Astana” klubunda keçirən Pedro Enrike müqavilə ilə məxsus olduğu PAOK-a qayıdıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun rəsmi saytı açıqlama yayıb.
Məlumatda braziliyalı futbolçunun 2017-ci ilin yayında – transfer pəncərəsinin son günündə “Qarabağ”a keçməsi və Ağdam klubunun heyətində ən böyük arzularından biri olan Çempionlar Liqasında oynaması, həmçinin onun ÇL-in qrup mərhələsində Azərbaycan təmsilçisinin ilk qolunun (“Roma” ilə oyun – 1:2) müəllifi kimi tarixə düşməsi də qeyd olunub.
Xatırladaq ki, Pedronun PAOK-la 2020-ci ilin yayına qədər müqaviləsi var. O, ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb.
- Premyer-liqa2024-04-28 21:55
“Sumqayıt” “Qarabağ”a qalib gəldi
- Premyer-liqa2024-04-28 19:37
“Neftçi” “Turan Tovuz”a böyük hesabla qalib gəldi
- Ölkə futbolu2024-04-27 23:05
Samir Abasov Xavi ilə görüşdü
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi