Ölkə futbolu
Venesuela yığmasının üzvü “Keşlə”də
“Keşlə” heyətinə yeni legioner cəlb edib.
Futbolin…
“Keşlə” heyətinə yeni legioner cəlb edib.
Futbolinfo.az xəbər verir ki, Venesuela yığmasının futbolçusu Luis Angelo Penya müqavilə bağlamaq üçün Bakıya gəlib.
30 yaşlı futbolçu hücumameylli yarımmüdafiəçidi və vinger kimi də çıxış edir. Onunla bir illik müqavilə bağlanılacaq. Penyanın son klubu vətənində "Mineros Quayana" olub. O, bu komandanın heyətində son mövsümdə 17 oyuna çıxıb, 3 qol vurub.
Penya daha əvvəl Venesuelanın "Estudiantes", "Karakas", "Deportivo Taçira", "Samora", Portuqaliyanın "Braqa", "Portimonensi" və Braziliyanın "Nautiko" komandalarının formasını geyinib. Yarımmüdafiəçi ölkəsinin yığmasında 11 oyun keçirib.
- Premyer-liqa2024-04-28 21:55
“Sumqayıt” “Qarabağ”a qalib gəldi
- Premyer-liqa2024-04-28 19:37
“Neftçi” “Turan Tovuz”a böyük hesabla qalib gəldi
- Ölkə futbolu2024-04-27 23:05
Samir Abasov Xavi ilə görüşdü
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi