Ölkə futbolu
Emil Balayev "Tobol"da
Azərbaycan millisinin qapıçısı Emil Balayevin "Tobol&q…
Azərbaycan millisinin qapıçısı Emil Balayevin "Tobol"a keçidi reallaşıb. Bu barədə Qazaxıstanın vesti.kz saytı məlumat yayıb.
Bildirilir ki, futbolçudan sonra klubu "Səbail"in də bu keçidə razılığı alınıb. Transfermarktda qiyməti 400 min avro göstərilən 24 yaşlı qolkiperin transferindən "Səbail"in 52 min avro qazanc götürdüyü vurğulanıb. Lakin Balayevin müqavilə müddəti və illik məvacibi barədə məlumat verilməyib.
"Tobol" qış fasiləsində iki qapıçı – Dmitri Nepoqodov və Vyaçeslav Kotlyarla yollarını ayırıb. Həmçinin Aslan Darabayev, Marat Bıstrov və Tanat Nuserbayev də yola salınıb. Kapitan Nurbol Jumaskaliyev isə karyerasını başa vuraraq, klubun idman direktoru təyin olunub. "Tobol" Balayevi əsas qapıçı kimi transfer edib.
Qeyd edək ki, 2018-ci ildə Qazaxıstan çempionatının bürünc medallarına layiq görülən "Tobol" gələn mövsüm Avropa Liqasında mübarizə aparacaq.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza