Ölkə futbolu
Çumbinyo "Səbail"ə gəlmədi
"Levadiakos"un futbolçusu Çumbinyonun yeni klu…
"Levadiakos"un futbolçusu Çumbinyonun yeni klubunun adına rəsmən aydınlıq gəlib. 32 yaşlı yarımmüdafiəçi karyerasını ölkəsi Braziliyada davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, Çumbinyo Paulista Seria A2-də çıxış edən "İnter de Limeyra" klubu ilə anlaşıb. Aşağı liqa təmsilçisi bu transferi rəsmi saytı vasitəsilə bəyan edib.
Qeyd edək ki, Çumbinyo 2013-2015-ci illərdə “Qarabağ”ın formasını geyinib. 32 yaşlı futbolçu Ağdam klubunun heyətində keçirdiyi 46 oyunda 11 qola imza atıb. Əsasən Braziliya və Yunanıstan klublarında oynamış yarımmüdafiəçi Ağdam təmsilçisindən “Atromitos”a yollanmışdı. Son 2 ili isə “Levadiakos”da keçirib.
Onun “Səbail”ə keçidi müzakirə mövzusu idi. Baş məşqçi Aftandil Hacıyev israrla bu yarımmüdafiəçini istəsə də, rəhbərlik maliyyə məsələlərini həll edə bilməyib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”