Ölkə futbolu
Slavçev “Qarabağ”da rahatdı
"Bir komanda ilə uzunmüddətli müqavilənizin olması …
"Bir komanda ilə uzunmüddətli müqavilənizin olması çox xoşdu. Belədə hansısa narahatlıq keçirmirsiniz" – bu sözlər "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçevə məxsusdu.
Mövsümlərarası fasilədə "Sportinq"dən Azərbaycan çempionuna transfer olunan bolqarıstanlı orta sahə oyunçusu ölkəsinin mətbuatına danışıb. O, "Kanal3"ə açıqlamasında "Qarabağ" seçiminin doğru olduğunu söyləyib: "Avropada böyük hədəfləri olan bir klubda oynamaq istəyirdim. "Sportinq"də oyunumun alınmamasının günahkarı özüməm. Əvvəllər başqalarını günahlandırırdım. Amma öz səhvlərimi görməyə başlamışam. Özümü indi çox rahat hiss edirəm".
Qeyd edək ki, Slavçevin "Qarabağ"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”