Dünya futbolu
Leman Bundesliqa klubunda
Almaniya millisinin sabiq qolkiperi Yens Lemanın yeni iş yeri məlum…
Almaniya millisinin sabiq qolkiperi Yens Lemanın yeni iş yeri məlum olub.
Futbolinfo.az xəbər verir ki, Leman “Auqsburq” klubunda baş məşqçi Manuel Baumun köməkçisi vəzifəsinə təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bundesliqa təmsilçisi sabiq qolkiperlə 2020-ci ilin yayına qədər müqavilə imzalayıb.
Karyerası ərzində “Milan”, “Şalke”, “Ştutqart”, “Arsenal” kimi klublarda çıxış edən Leman, 61 dəfə də Almaniya millisinin “çərçivə”sini qoruyub.
49 yaşlı mütəxəssis daha əvvəl “Arsenal”da Arsen Vengerin də köməkçisi olub.