Dünya futbolu
“Yuventus” onu üçüncü dəfə heyətinə qatdı
İtaliya çempionu “Yuventus” heyətini yeni futbol&…
İtaliya çempionu “Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Turin təmsilçisi Qətərin “Əl-Duxayl” klubuna satdığı müdafiəçi Mehdi Benatianın boşluğunu dərhal doldurub.
“Qoca sinyora" sabiq futbolçusu Martin Kasaresi geri qaytarıb. Bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.
"Latsio"dan icarəyə götürülən uruqvaylı oyunçu bu mövsümün sonuna kimi "ağ-qara" formanı geyinəcək.
Qeyd edək ki, bu, Kasaresin "Yuventus"a 3-cü transferidi. 31 yaşlı müdafiəçi daha əvvəl 2009-2010 və 2012-2016 mövsümlərində bu komandada çıxış edib.
- Premyer-liqa2024-04-28 21:55
“Sumqayıt” “Qarabağ”a qalib gəldi
- Premyer-liqa2024-04-28 19:37
“Neftçi” “Turan Tovuz”a böyük hesabla qalib gəldi
- Ölkə futbolu2024-04-27 23:05
Samir Abasov Xavi ilə görüşdü
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi