Dünya futbolu
Dadaşovlu “Eştoril” “Braqa” üzərində qələbəyə sevindi
Futbol üzrə Portuqaliya Sequndasında 19-cu turun oyunları ke&c…
Futbol üzrə Portuqaliya Sequndasında 19-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Braqa”nın B komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Dadaşov da bu oyunun iştirakçısı olub. O, 84-cü dəqiqədə meydana buraxılıb.
“Eştoril” 19 oyuna topladığı 33 xalla 18 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.