Dünya futbolu
La Liqa klubunda yeni baş məşqçi
İspaniyanın “Vilyarreal” klubunun yeni baş məşq&ccedi…
İspaniyanın “Vilyarreal” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi sabiq çalışdırıcısı Xavyer Kalyexaya tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Kalyexa, bu vəzifədə ötən gün istefaya göndərilən Luis Qarsiyanı əvəzləyib.
Xavyer Kalyexanın məşqçilik karyerası yalnız “Vilyarreal”dan ibarətdi. O, 2012-ci ildə məşqçiliyə məhz bu klubun yeniyetmələrdən ibarət komandasında başlayıb və 5 il burada çalışıb. 2017-ci ildə “Vilyarreal”ın B komandasını çalışdırmağa başlayan 40 yaşlı mütəxəssis elə həmin il əsas komandaya baş məşqçi təyin olunub. Lakin ötən il dekabrın 10-da istefaya göndərilən Kalyexa, Luis Qarsiya ilə əvəzlənmişdi.
“Vilyareal” La Liqada 21 turdan sonra 18 xalla 19-cu pillədə qərarlaşıb.