Dünya futbolu
Nazarovun komandası 2-ci dövrəyə məğlubiyyətlə başladı
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 19-cu turun oyunları…
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 19-cu turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Maqdeburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Nazarov da bu görüşün iştirakçısı olub. O, 81-ci dəqiqədə meydana buraxılıb.
“Ersgebirge” hazırda 22 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.