Dünya futbolu
Türkiyənin iki klubunun transfer qadağası ləğv olundu
Türkiyənin iki klubuna qoyulan transfer qadağası aradan qaldı…
Türkiyənin iki klubuna qoyulan transfer qadağası aradan qaldırılıb.
Futbolinfo.az xəbər verir ki, “Ankaragücü” və “Əskişəhərspor” klubları artıq bu qış “transfer pəncərəsi” dönəmində heyətinə yeni futbolçular cəlb edə biləcək.
Bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıb.
Xatırladaq ki, həm Super Liqada mübarizə aparan “Ankaragücü”nə, həm də 1-ci liqa təmsilçisi “Əskişəhərspor”a sabiq futbolçuları və məşqçilərinə olan borclar səbəbindən transfer qadağası qoyulmuşdu.