Dünya futbolu
Super Liqa klubundan 2 transfer
Türkiyənin “Ankaragücü” klubuna tətbiq ol…
Türkiyənin “Ankaragücü” klubuna tətbiq olunan transfer qadağasının aradan qalxdığını xəbər vermişdik.
Futbolinfo.az xəbər verir ki, artıq Super Liqa klubu bu qadağanın ləğvindən dərhal sonra heyətinə yeni futbolçular cəlb edib.
Belə ki, paytaxt klubu Polşa “Legiya”sından (Varşava) Mixal Pazdanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
31 yaşlı mərkəz müdafiəçisi yeni klubu ilə 1,5 illik müqaviləyə imza atıb. Polşa yığmasında 35 oyun keçirmiş Pazdan 2015-ci ildən “Legiya”nın formasını geyinirdi.
“Ankaragücü” həm də İngiltərənin “Lids” klubundan Hadi Sakonu icarəyə götürüb. 24 yaşlı vinger mövsümün sonunadək Super Liqa klubunun uğurları üçün çalışacaq. Vaxtilə Fransada aşağı yaş qrupları üzrə müxtəlif yığmalarda oynamış Sako sonradan Mali milli komandasını seçib.