Ölkə futbolu
Robben Yaponiya yolunda
“Bavariya”nın futbolçusu Aryen Robben karyerasın?…
“Bavariya”nın futbolçusu Aryen Robben karyerasını Yaponiyada davam etdirə bilər. 35 yaşlı hücumçuyla “Tokio” yaxından maraqlanır. “Bavariya” ilə mövsümün sonuna qədər müqaviləsi olan Robben azad agent kimi Yaponiya təmsilçisinə qoşula bilər.
Hollandiyalı futbolçunun ailəsi də Yaponiyada yaşamağa müsbət yanaşır. Amma Robbenlə keçmiş klubu PSV-nin də maraqlanması vəziyyəti dəyişə bilər.
Karyerası ərzində PSV, “Çelsi”, “Real” kimi klublarda forma geyinən Robben 2009-cu ildən “Bavariya”da çıxış edir. Münhen təmsilçisiylə cari mövsümdə 15 qarşılaşmaya çıxan hücumçu 5 qol vurub.