Ölkə futbolu
Oğlu Messiyə göstəriş verir
“Barselona”nın və Argentina millisinin üzvü Li…
“Barselona”nın və Argentina millisinin üzvü Lionel Messi maraqlı açıqlama verib. “World Soccer”ə danışan hücumçu, oğlu Tiaqonun onu tənqid etdiyini deyib: “Tiaqo mənim ilk oğlumdur və futbolu daha yaxşı anlayır. O, futbolla bağlı hər şeyi danışır. “Barselona”nın La Liqada, Çempionlar Liqasında oyunlarını izləyir və sevir. Mən artıq ondan tənqidlər eşidirəm. O, oyunla bağlı nələrsə soruşur və nəsə yaxşı getməyəndə mənə göstərişlər verir”.
31 yaşlı futbolçu, uğursuz keçən oyunları yada salmaq istəməsə də, oğlu üçün bunu etməyə məcbur olduğunu deyir: “Məğlubiyyətləri və pis oyunları xatırlamaq hər zaman çətin olur. Amma Tiaqo məni nə baş verdiyini, niyə qalib gələ bilmədiyimizi izah etməyə məcbur edir. İndi biz onunla bu barədə daha çox danışırıq”.