Ölkə futbolu
Qvardiola təslim olur
“Mançester Siti”nin baş məşqçisi Xosep Qv…
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqada çempionluq yarışı haqda danışıb. İspan mütəxəssis bu mövsüm çempionluğun çətin olacağını deyib:
“Ötən il Premyer Liqada rekord xalla çempion olduq. Bu il bu rekordu təkrarlamaq bizim üçün əhəmiyyətli deyil. Mümkün qədər çox qələbə qazanmalıyıq. “Liverpul”un çox xal itirəcəyini düşünmürəm. Nə edəcəyimi bilmirəm. Tək bildiyim, çoxlu qələbənin lazım olduğudur. Əvvəllər Premyer Liqada çempion olmaq üçün 85, 87 xal kifayət edirdi. İndi isə azı 90 xal toplamalısız. “Liverpul”un nə düşündüyünü, Yurgen Kloppun paltardəyişmə otağında futbolçularına nə dediyini bilmirəm. Bizim ancaq qələbəyə ehtiyacımız var. “Liverpul” çempionluq yarışında bizi yanında hiss edəcək”.
Premyer Liqada dünən 24-cü tur matçında uduzduqdan sonra “Siti” 56 xalla 2-ci pillədə qalıb. 4 xal öndə olan “Liverpul” bu gün fərqi bir qədər də uzaqlaşa bilər.