Ölkə futbolu
“Barselona” Tilemansı istəyir
Yarımmüdafiə xəttini gücləndirmək istəyən “Bars…
Yarımmüdafiə xəttini gücləndirmək istəyən “Barselona” “Monako”nun 21 yaşlı futbolçusunu heyətinə qatmağa çalışır. Kataloniya təmsilçisi “Mançester Yunayted”, “Milan” kimi klubların da maraq dariəsində olan Yuri Tilemans üçün hərəkətə keçib.
“Knyazlıq klubu”nun transferə müsbət yanaşdığı və yenidən komandanın “sükanı arxasına” gətirilən Leonardo Jardimin bu keçidə razılıq verdiyi bildirilir. Belçikalı futbolçu bu mövsüm “Monako”nun heyətində iştirak etdiyi 30 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə verib.