Bizi izləyin

Ölkə futbolu

Qara məni basınca…

Klublarımız qarlı-şaxtalı Antalya toplanışını birtəhər baş…

blank
Klublarımız qarlı-şaxtalı Antalya toplanışını birtəhər başa vurub ölkəyə qayıtdıqları bir vaxtda, qaragünlü çempionatımızın başlamasına bir neçə gün qalmış yenə bir qara-qışqırıq düşüb.
 
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev qol.az saytına müsahibəsində deyib ki, bəs futbolçu və məşqçilərimizdən başqa heç kimin bizi tənqid etməyə haqqı yoxdu. Fikrini onunla izah edib ki, bəs biz qar demədən, boran demədən meydanda qaçırıq, qaranəfəs oluruq, qarnımızdan tər axır, əziyyət çəkirik, amma bu qara donlu kafirlər əziyyətimizi qiymətləndirmirlər, bizə işimizi öyrətməyə çalışırlar. Sonra da deyib ki, nolsun ki, qarşımıza çıxan rəqiblərin 90 faizindən zəifik, onlar meydanda addım-addım irəli gedəndə, biz də qarış-qarış gəzirik, əsas odu ki, bacardığımızı ortaya qoyuruq.
 
Həə, bax burda Kərəmi ağlamaq tutur.
 
Burdan Qarayevə səslənmək istəyirdim. Qardaşım, dünyanın ən böyük futbolçuları, ən uğurlu məşqçiləri, ən çox kubok qazanan komandaları belə azarkeş, jurnalist və  mütəxəssislərin tənqidindən qaça bilmirsə, siz, yəni azərbaycanlı futbolçular özünüzü necə bir div aynasında görürsünüz ki, tənqid etmək, irad bildirmək üçün haqq, hüquq paylayırsız. Yadımdadı, azarkeşlər haqqında da "bu oyuna gəlməyənlər artıq bizim azarkeşlərimiz deyil" demişdiz. Deyəsən, klubda, ya da millidə təsnifat işini sizə həvalə ediblər. Kim əsl azarkeşdi, kim deyil, kimin tənqidə haqqı var, kimin yoxdu kimi məsələləri siz ayırd edirsiz. Mən qaramat adam deyiləm, amma əgər elədirsə, bir canıyanan adam kimi deyim ki, səhv edirsiz. Necə ki meydanda səhvləriniz "en" qədərdi, elə meydandan kənarda da bundan fərqli deyil.
 
Deyirsiz ki, adamlar elə danışır ki, sanki bizimlə birlikdə meydanda 90 dəqiqə onlar da qaçır. Gülməlidi… Mən matçboyu səninlə birlikdə qaçmasam da, oyundan 1 saat əvvəl və bir neçə saat sonraya qədər 90 dəqiqə də daxil olmaqla yağışın, küləyin, günün, şaxtanın, istinin qabağından bir ayağımı qaldırıb, birini salıb futbolçuları izləyirəm. Heç kimə maraqlı olmayan oyunlarınızdan yazıram, heç kimə maraqlı olmayan sözlərinizi paylaşıram ki, bəlkə az da olsa, maraq yarada bilim. İndi deyirsiz ki, mənim, onun, o birinin haqqı yoxdu irad bildirməyə?
 
Ümumiyyətlə, bu haqq nədi, harda paylanır, biz də alaq, sözümüzü deyək?!
 
Haqdan, hüquqdan danışırsız, bəs Avropanın o ölkəsindən bu ölkəsinə sizin ardınıza düşüb şəhər-şəhər, küçə-küçə gəzən, hava limanlarında bütün komandanı tək qarşılayan, səsi boğulana qədər şüar səsləndirən o azarkeşin haqqına girmək deyilmi bu?
 
Onsuz da yaşayışın çətin vaxtında boğazından kəsib 3-5 manata bilet alan, işini-gücünü, istirahətini yarımçıq qoyub stadionlarda sizi dəstəkləyənlərin haqqına girmək deyilmi bu?
 
Haqqdan söz düşmüşkən, hamınızın üstündə bəlkə də valideynləriniz qədər haqqı olan böyük adam, Qurban Qurbanovun millidən ayrılması haqqında iki kəlimə danışmağa cəsarətiniz çatmadı. Futbolçu bir yerə qədər danışa bilir deyirsiz, heç yarım yerə qədər də danışmadınız, amma mövzu azarkeşlər, jurnalistlər olunca, haqq-hüquq davası edirsiniz.
 
Şair demişkən, sən axı bilmirsən, hardan biləsən?!
 
Tarixi boyu düşdüyü ən zəif qrupda birinci yeri tuta bilməyən, birinci yer cəhənnəm, iki oyunda Maltaya qalib gələ bilməyən, Kosovoya biabırçı hesabla uduzan komandanın futbolçusu olaraq danışmağa, həm də bu şəkildə, əmr tonu ilə, incik notlarla, minnət qoymaqla danışmağa özündə güc tapırsansa, mənim daha deyəcək sözüm yoxdu…
 
Kosovo ilə futbol tariximizin ən vacib matçında hamı milliləşdirilmiş legionerləri günahlandırdı. Amma həmin görüşün ən zəifi Qara idi. Bunu hamı bilirdi, amma nədənsə yalnız legionerlər "satqınlıq"da günahlandırıldı. Məhəllə səviyyəsində belə oyun göstərməyən Qarayev İnstat proqramını inanmıram bilə. Amma "Qarabağ"da bu məsələdə Qaraya kömək edəcək mütəxəssislər var. Bir zəhmət, əgər məhəllə səviyyəsindən aşağı olduğu haqda sözlərimizi qərəzli sayırsa, İnstatda Kosovo ilə oyundakı performansına baxsın. "Satılıb" deyilən bütün milliləşdirilmiş futbolçulardan qat-qat bərbad oynadığını bəlkə onda anlayar. Anlayandan sonra gedib bir daha həmin görüşün videoyazısını izləyər. İzləyəndən sonra imkanı olsa, zərrə qədər utanar… (matç.az)
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Digər idman növləri2024-04-21 00:30

Azərbaycanın iki boksçusu AÇ-də mərhələ adladı

blank
Premyer-liqa2024-04-20 23:19

“Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-20 22:54

“Bu, gözlənilməz oldu” – Miodraq Bojoviç

blank
Premyer-liqa2024-04-20 21:35

“Neftçi” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2024-04-20 21:00

“Qarabağ”la “Qəbələ”dən heç-heçə – VİDEO

blank
Premyer-liqa2024-04-20 20:55

“Zirə” “Neftçi”yə qalib gəldi

blank
Əvəzedicilər2024-04-20 19:53

“Sumqayıt”ın əvəzedicilərindən darmadağın

blank
Premyer-liqa2024-04-20 19:35

“Daha dinamik oyun olmasını istərdim” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-04-20 19:00

“Bizi “Kəpəz”lə ilin oyunu gözləyir” – Sxadadze

blank
Digər idman növləri2024-04-20 18:43

Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

blank
Premyer-liqa2024-04-20 18:28

“Qarabağ”la “Qəbələ”dən məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-20 18:00

“Neftçi” bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-20 17:31

“Beşiktaş” millimizdə oynamış futbolçu ilə yollarını ayırdı

blank
Dünya futbolu2024-04-20 17:00

Niderland klubunun 18 xalı silindi

blank
Ölkə futbolu2024-04-20 16:18

Təbriz klubu yenə uduzdu

blank
Digər idman növləri2024-04-20 16:00

Pekin marafonunda qalmaqal: medallar geri alındı

blank
Digər idman növləri2024-04-20 15:38

Kanada millisinin dünya çempionatı üçün heyəti güclənir

blank
Dünya futbolu2024-04-20 15:19

“Mançester Yunayted”də yeni təyinat

blank
Digər idman növləri2024-04-20 15:00

Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 14:39

MBA-da mükafat fondu artırıldı

blank
Ölkə futbolu2024-04-20 14:22

“Neftçi”nin iki futbolçusu “Zirə”yə qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 14:07

Avroliqada yeni rekord

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm