Dünya futbolu
Debüt matçına çıxdı, 3 oyunluq cəza aldı
Fransanın “Monako” klubunun yarımmüdafiəçis…
Fransanın “Monako” klubunun yarımmüdafiəçisi Vilyam Vanker cəzalandırılıb.
Futbolinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi yeni klubunda debüt matçında aldığı qırmızı vərəqə səbəbindən 3 oyunluq cəzalandırılıb. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Vanker “Monako”nun Fransa kubokunun 1/4 final mərhələsində “Genqam”la qarşılaşdığı matçda qırmızı vərəqə almışdı.
“Monako” fransız yarımmüdafiəçini qış transfer pəncərəsi dövründə Türkiyənin “Antalyaspor” klubundan icarəyə götürüb.