Dünya futbolu
Super Liqa klubunda yeni baş məşqçi
Türkiyənin “Akhisarspor” klubunun yeni baş məşq&c…
Türkiyənin “Akhisarspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa klubu sabiq baş məşqçilərindən Cem Kavçaka tapşırılıb.
Bu barədə klubun prezidenti Hüseyn Eryuksel məlumat verib. O, köhnə-yeni baş məşqçi ilə mövsümün sonunadək anlaşdıqlarını bəyan edib.
C.Kavçak bu postda bir neçə gün öncə istefaya göndərilən Cihat Arslanı əvəz edib.
“Akhisarspor” mövsümə Safet Suşiçlə başlamışdı. Lakin 6-cı turda onu istefaya göndərən klub rəhbərliyi həmin postu Cihat Arslana həvalə etmişdi. Sözügedən klub bu mütəxəssisin dövründə 15 oyuna 3 qələbə, 3 heç-heçə, 9 məğlubiyyətə imza atmışdı. Komanda hazırda Super Liqada 18 iştirakçı arasında sonuncudu.