Ölkə futbolu
Millimizin baş məşqçisi: “Ciddiyəti əldən verməməliyik”
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının …
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd bu gün İspaniyanın “Ranero” komandasının müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 6:1 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra bunları söyləyib:
“Qələbə münasibətilə komandamı təbrik edirəm. Fürsətdən istifadə edib bütün futbolçulara şans verdik. Oyun ərzində bir çox taktiki gedişi sınaqdan keçirdik. Müəyyən epizodlarda istədiyimiz alınırdı, bəzi epizodlarda çatışmayan nüanslar gördük. Bu cür oyunlarda rəqibə daha ciddi yanaşmalıyıq. Çünki bizi qarşıdakı oyunlarda daha sürətli, taktiki baxımdan daha kombinasiyalı oyunlar gözləyir. İstər yoldaşlıq, istərsə də rəsmi oyunlar olsun, ciddiyəti əldən verməməliyik".
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”
- Ölkə futbolu2024-04-29 12:33
“Qarabağ” “Turan”a çata bilmədi