Premyer-liqa
40-cı heç-heçə
Futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turunun &ldquo…
Futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turunun “Neftçi” ilə oyunundakı 0:0 hesablı heç-heçə “Zirə” üçün yubileylərlə əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, “qartallar” tarixində 40-cı bərabərliyə imza atıb. Özünün 155-ci oyununa çıxan komanda 33 dəfə Premyer Liqa, 6 dəfə Birinci Divizion, 1 dəfə UEFA Avropa Liqasında meydanı heç-heçə ilə tərk edib.
Bu bərabərliklərdən 15-də qol vurulmayıb. “Neftçi” ilə görüş “Zirə”nin 15-ci qolsuz matçı olub.
Zirə İdman Kompleksinin stadionundakı görüş həm də Premyer Liqada evdəki 15-ci heç-heçədi. “Qartallar” 55-ci ev matçında 15-ci “sülh”lə kifayətlənib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”