Dünya futbolu
Avroliqada həftənin ən yaxşısı bəlli oldu
Futbol üzrə Avropa Liqasında həftənin ən yaxşı oyunç…
Futbol üzrə Avropa Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, 1/16 final mərhələsinin bu həftə baş tutan cavab oyunlarından sonra Rusiyanın “Zenit” klubunun iranlı futbolçusu Sərdar Azmun ən yaxşı seçilib.
Sankt Peterburq təmsilçisinin üzvü 1/16 final mərhələsində Türkiyənin “Fənərbaxça” klubu ilə ev oyununda 80 dəqiqə meydanda olub və iki qol vurub, bir məhsuldar ötürmə müəllifi olub. "Zenit" isə bu oyundan 3:1 hesablı qələbə ilə ayrılmaqla 1/8 finala yüksəlib.
Qeyd edək ki, həftənin ən yaxşı oyunçusu adına Patson Daka (“Zalsburq”), Pablo Sarabia (“Sevilya”) və Kallum Hadson-Odoi (“Çelsi”) də namizəd idi.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”