Ölkə futbolu
“Qəbələ”dən məktəblilərlə növbəti görüş
Bu gün Qəbələ rayonu Həmzəlli kənd tam orta məktəbdə &ld…
Bu gün Qəbələ rayonu Həmzəlli kənd tam orta məktəbdə “Qəbələ” klubunun media və marketinq departamentinin rəhbəri Səməd Nəsibov, cüdo idman növü üzrə Qəbələ bölməsinin baş məşqçisi Rail İsmayılov, boks idman növü üzrə baş məşqçi Ramiz Mirkamilov, fəal azarkeş Nəriman Mahmudzadə, futbolçular – Stiven Monroz və Bəhlul Mustafazadənin iştirakı ilə şagirdlərlə görüş keçirilib.
Futbolinfo.az xəbər verir ki, görüş zamanı çıxış edən Səməd Nəsibov, Rail İsmayılov, Stiven Monroz və Bəhlul Mustafazadə məktəbliləri komandanın yanında olmağa, onu dəstəkləməyə çağırıblar.
Ardınca şagirdlər arasında klub barədə suallardan təşkil olunmuş müsabiqə keçirilib. Müsabiqənin qaliblərinə Stiven Monroz və Bəhlul Mustafazadənin imzalı forması və digər hədiyyələr təqdim olunub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”