Bizi izləyin

Ölkə futbolu

Elxan Məmmədovla TƏKbəTƏK

Elxan Məmmədov psixologiyanı yaxşı mənimsəyib. Hədəfində kim…

blank
Elxan Məmmədov psixologiyanı yaxşı mənimsəyib. Hədəfində kimsə varsa, mütləq onun haqqındakı ilk sözləri tərif tonunda olur. Və lazımi məqam gələndə sarsıdıcı zərbəni vurur.
 
Bu, sovet vaxtından formalaşmış məlum sistemin taktikasıdı. AFFA-nın baş katibi də əla mənimsəyib. Kimin haqqında tənqid demək, onu gözdən salmaq istəyirsə, öncə yağlayır, sonra at quyruğuna bağlayır.
 
Loru dildə bunu başqa cür də təsvir etmək olar. Plastik borunu alovun istisində yumşaldıb, sonra ona dəmir boru keçirirlər. Və o dəmir uzun illər orada qalır.
 
Məmmədov dünən “CBC Sport”da efirə gedən “Təkbətək” verilişində bir neçə dəfə bu üsuldan istifadə etdi. İcraiyyə Komitəsini, klubları, Qurban Qurbanovu təriflədi, yaxşı işlərindən danışdı, amma həlledici məqamda elə variant işlədib çəpəki zərbə vurdu ki…
 
Deyəsən, mən də yuxarıdakı sətirlərdə Elxan bəyin psixoloq bacarığından danışmaqla onu xeyli tərifləmişəm. İndi ikinci hissəyə başlamaq olar.
 
Öncə onu vurğulayaq ki, bu verilişin ilk canlı efirinin Məmmədovun iştirakı ilə baş tutması təsadüf deyildi. Baş katib ona xeyli mənfi emosiyalı suallar veriləcəyini bilə-bilə buna razılaşmışdı. Həm də demək olar, birbaşa idarəçisi, sahibi olduğu kanalda fərqli verilişə nail ola bilərdi. Ancaq o, məhz bu yolu seçdi. Və bu heç də demoratik düşüncənin nümayişi deyildi. Son vaxtlar jurnalistlərdən qaçan katib guya bütün futbol ictimaiyyətinə, azarkeşlərə açıq efirdə cavab verdiyini, onlara müzakirəyə hazır olduğunu nümayiş etdirirdi. Halbuki kanalın feysbuk səhifəsində neçə gündü yığılan suallardan öncədən xəbərdar idi və cavabları hazırlamışdı. Cavablarına əks sual verilməyəcəyini, əks arqument qoyulmayacağını bildiyindən sərbəst idi.
 
Məmmədov danışdı, onunla üzbəüz dayanan mən deyildim, lakin qiyabi TƏKbəTƏK də mümkündü. Baş katibin dediklərini analiz edib, virtual müzakirə apara bilərəm.
 
Bu veriliş xüsusi plan idi. Məqsəd var idi, Elxan bəy bəzən yanlış xallar vursa da, lazımi mesajları verdi. İndiki vəzifəsinin əbədi olmadığını bilir, artıq vida vaxtı yaxınlaşır. Bu, bir həftə sonra baş tutacaq, amma haqqında kəlmə də kəsilməyən AFFA-nın Hesabat Konfransından sonra da ola bilər, milli komandanın seçmə mərhələdəki nəticələrindən asılı olaraq, ilin istənilən ayı da. Ən maksimum vaxt 2020-di…
 
Və Elxan bəy yüksəlişə hazırlaşır. Bu səbəbdən veriliş xüsusi materiala çevriləcək, ona əl gəzdiriləcək və SV-yə əlavə olunacaq. Videorolik üçün də pis müsahibə deyildi. Rusiya prezidenti Vladimir Putindən nümunə götürənlərdən nümunə götürərək efir şousu yaratdı, istəyinə çatdı. Özünü harasa hazırlayır – AFFA prezidentliyinə də ola bilər, UEFA və FIFA-ya da, futboldankənar başqa sahəyə də. Amma dəqiqdi ki, bu verilişdə xüsusi məqsəd var idi və o, yüksəlişə hazırlaşan perspektivli kadr imici yaratmağa çalışdı.
 
Alovla isidilmiş boru misalını milli komanda haqda danışarkən “tutdum”. Şanlı-şöhrətli Qurban Qurbanov və onunla müqaviləyə XİTAM VERİLDİYİ, yəni, QOVULDUĞU haqda açıqlama. İmicin darmadağın edilməsi üçün daha gözəl cümlə fikirləşə bilməzdi. Nikola Yurçeviçin maaşı və millinin xərcləri barədə danışarkən “eyni büdcədi” açıqlaması da taktiki gediş idi. Yəni, “havayı işləməmisən, kompensasiya istəməmisənsə, öz günahındı, istəsəydin də onun əks təbliğatını aparardıq” demək istəyirdi.
 
Elxan bəy eyni üsulla İcraiyyə Komitəsini də yüklədi və bu gün tənqid olunan bütün məsələlərə görə məhz bu qurumun cavabdeh olduğunu göstərdi. Özü isə yenə ortada yeyib, kənarda gəzən oldu. Hətta 100-dən artıq azarkeşin istefasıyla bağlı sualına da İK-nı misal göstərərək cavab verdi: razı deyillərsə, vidalaşsınlar. Yəni, günah məndədisə, məni bu postda saxlayanlar niyə güvənir? Deməli, yaxşı işləyirəm. Nə üçün, kim üçün yaxşıdı – bax, bu sualı yalnız əyani TƏKbəTəkdə vermək olar.
 
Qurbanovun istefaya göndərilməsi məsələsində də İK üzvləri hədəf göstərildi. Guya ki, bəzi üzvlər Qurban bəyin 2 yerdə işləməsinin fəsadları barədə tez-tez danışırmış. Kim? Baş katibin danışan dili olan Vaqif Sadıqov və İsgəndər Cavadov kimi sifarişli musiqi ifa edənlərdən başqa kimsədən bu sözü eşitməmişik. Hətta onlar da aşkar şəkildə deyil, dillərini süründürərək bu barədə danışıblar. Halbuki hərəsi 5-6 vəzifəni icra edən İK üzvlərindən heç birinin bunu deməyə haqqı yoxdu. Qurbanov ən azı klub səviyyəsində uğuru ilə seçilirsə, sözügedən şəxslər hər işdə zibil içindədi.
 
Məmmədov çıxışında SOCAR-ın, dövlətin futbola misilsiz qayğısından bir kəlmə də danışmadı. Ancaq AFFA, AFFA. Unutdu ki, AFFA sadəcə, vasitəçidi, bütün maliyyə dövlətin belindən çıxır və bunu qiymətləndirməmək ayıb oldu. Əvəzində Vergilər Nazirliyi ilə bağlı həvəslə danışdı. Bəlkə də bu, gələcək karyera üçün vacib məqam idi. Axı, çox söz-söhbətlər gəzir, ciddi ehtimallar var…
 
Əsas milliyə xorvat, digər yığmalara serblərin başçılıq edəcəyi ilə bağlı suala baş katib siyasi səhv buraxaraq cavab verdi. İki düşmən xalqı birləşdirməkdən dəm vuran Məmmədov milli komandanın məşqçi seçimi ilə də bağlı yersiz açıqlama verdi. Sanki Azərbaycan millisi məşqçi poliqonudu və bu post yalnız kiminsə özünü sübut edib, karyerasını irəlilətmək üçün nəzərdə tutulub. Robert Prosineçki nümunəsi doğrudu, amma bu ölkədən gedəni istirahətdə olan Berti Foqts nümunəsi də var axı.
 
Bölgə futboluyla bağlı yenə ümumi danışan Məmmədov Tovuz azarkeşlərinə müjdə verdi. Bu rayonda futbol akademiyasının açılması əla qərardı. Lakin bu qərar da indi yox, 10 il əvvəl verilməliydi ki, indi bəhrəsini görək. Dövlət Proqramının qəbul edildiyi, pulların sel kimi axdığı dövrdə akademiyalar barədə düşünmək lazım idi. Həm də təkcə Tovuzda yox, Gəncədə, Mungəçevirdə, İmişidə, Qubada, Lənkəranda, Qaxda və s. Odu söndürüb külüylə oynamaq lazım deyil. Hə, bu yeni addım da perspektivə hesablanıb, ancaq təkcə buna görə daha 10 il zaman vermək doğru deyil. İndiyəqədərki karyeranı təcrübə toplamağa sərf etməkdənsə, dost-tanışla yox, əsl futbol adamlarıyla əməli addımlar atılmalıydı.
 
Elxan bəy bölgələrdə problemin olduğunu göstərmək üçün “Kəpəz”i misal gətirdi. AFFA-nın (SOCAR-ın deməliydi – red.) maliyyəsi ilə Gəncə futbolunu divizionda formalaşdırdıqlarını, PremyerLiqaya buraxdıqlarını xatırladan Məmmədov bu klubun yenidən aşağı düşməsini misal çəkdi. Amma o faktı unutdu ki, “Kəpəz”in tez “sönməsinin” günahkarı gəncəlilər deyildi, məhz AFFA-nın ora rəhbər təyin etdiyi, sonra da maliyyə fırıldaqlarına görə qovduğu Mikayıl Nərimanoğlu idi. Yəni öz kadrları…
 
VAR sisteminin tətbiqinə hazırlaşan Məmmədov artıq İcraiyyə Komitəsində təsdiq almaq üçün bütün işləri görüb. Rəsmi təqdimatdan sonra katibliyin hər layihəsinə “baş üstə” deyən İK-dan fərqli cavab gözləmirik. Onun maliyyəsinin necə təmin olunacağını da Məmmədov hesablayıb, tezliklə biz də biləcəyik. Yəqin SOCAR-ın daha neçə milyonları gözdən çıxarılıb. Halbuki Azərbaycan kimi azarkeşdən, teleyayımdan, reklamlardan, sponsorlardan qazanc götürülməyən, klubları yanız SOCAR-ın əlinə baxan ölkədə bu bahalı sistemin zamanı yetişməyib. Məhəllə yarışı təsiri bağışlayan Bakı çempionatı üçün hətta Çempionlar Liqasının bütün oyunlarında ehtiyac duyulmayan VAR çox tezdi.
 
Elxan bəyin milli komandaların oyunlarını Respublika stadionuna salmamaları barədə suala cavabı açıq idi. AFFA əlavə xərclərdən qaçır və öz balansındakı stadionlar üstünlük verir. Sanki mərkəzi arenaya ödəniləcək 50 min manat başqa ölkənin büdcəsinə köçəcək. Məgər bu arenanın, balansında olduğu AGİN-in Azərbaycana dəxli yoxdu?
 
Elxan bəy sualın cavabında başqa bir səhv də etdi. Menecment ixtisaslı katib “sky-box”lardan daha çox pul götürdükləri üçün matçların “Bakcell Arena”ya salındığını bildirdi.
 
Əks arqumentimiz odur ki, yaxşı təbliğatla 30 minlik Respublika stadionu tam doldurula bilər və 1-2 manatlıq biletlərlə bütün xərclər qarşılanar. Yox, Məmmədova yalnız “sky-box”da oturanlar lazımdısa, sıravi azarkeşləri vecinə almırsa, o başqa məsələ. Deməli, bizə dolu tribunalar, sadə camaat yox, varlı təbəqə, “sky-box” camiəsi lazımdı. Bu ölkədə futbol bir qrup adamın bahalı əyləncəsidi, kütləvilik kimsəni maraqlandırmır.
 
Uşaq futbolu ilə bağlı danışarkən klubları yükləyən baş katib bu idman növünə həvəskar yanaşmasını da büruzə verdi. Özü həvəskar səviyyəni aşa bilmədiyindən beynində yalnız Region Liqası, Məktəbli kuboku və s. idi. Halbuki güclü klublar, güclü milli və sistemli işləyən futbol məktəbləri əsas qayə olmalıdı. Onun klublara müdaxilə etmədiyini deməsi isə ağ yalandı. AFFA vasitəsi ilə maliyyələşən bütün klublar baş katibin kadrlarının sərəncamındadı və bunu bütün futbol ictimaiyyəti bilir. Uzun siyahı hazırlayıb, faktlarla hamısını sübut edərəm. Necə ki, baş katib “Sumqayıt” haqda danışarkən az qala bu klubun meneceri kimi çıxış edib, özünü ifşa etdi.
 
Məmmədov “Səbail” və “Sumqayıt”a gələcək əcnəbi idman direktorlarından da danışdı. Mətbuatın yazmadığı, klubların açıqlamadığı bu faktı hamıdan əvvəl Elxan bəyin bilməsi də elə özünüifşadı. Müdaxilə etmirsənsə, ən mübhəm sirləri hardan bilirsən? Bütün klublara əcnəbi idman direktorlarının gətirilməsini xatırladan Elxan bəy bir ildən sonra onların göndərildiyini də dilə gətirdi.Uğurlu layihə idisə, niyə heç kim onlarla yola davam etmədi? AFFA büdcəsindən bunun üçün 5-6 milyon manat xərcləndi, pullar havaya sovruldu. Çünki onlar yüksək səviyyəli, aldıqları pula layiq mütəxəssislər deyildilər. Bernard Raab kimi bədən tərbiyəsi müəllimləri idi və hamısı göndərildi. Yalnız “Qəbələ” əcnəbi koordinatora güvəndi, onu da özləri seçdi və akademiyalarında mükəmməl iş qurdular, yalançı görüntü yaratmadılar.
 
AFFA-nın güvəndikləri Mik Bennet kimilərdi. Neçə il Bakıdakı “Mançester Yunayted” məktəbində vaxt öldürən bu ingilis hətta məşqçi kateqoriyasını da burada aldı. Ölkəmizə gələrkən sıradan biri olan bu şəxs indi “Neftçi”yə göndərilib. Bəlkə də bacarıqlı biridi, amma illərdi onu yetişdirmək, diplom almasına yardım etməkdənsə, öz mütəxəssislərimizi üzə şıxara, onların xaricdə təhsil almasına, təcrübə keçməsinə yardımçı ola bilərdik. Daha doğrusu, bilərdiz…  “Səbail”ə, “Sumqayıt”a gətirdiklərinizin də kim olduğunu incələyəcəyik.
 
Məmmədov gördükləri müsbət işlərdən danışılmamasından gileyləndi. Qismən haqlıdı, legioner limiti həqiqətən yerli futbolçuların ayaqda qalmasına xidmət etdi. Amma əvəzində Premyer Liqada klub sayının minimum həddə salınması ilə yenə eyni problem aktual oldu. Uşaq futbolunda normal iş qurulmayınca, yeni istedadlar üzə çıxmayınca, təbii rəqabətlə və uşaq futbolunda düzgün bünövrə nəticəsində xaricə yollanacaq təmsilçilərimiz olmayınca inkişaf mümkünsüzdü. Guya bu gün ölkə futbolunda hansı yerli futbolçu var ki? Elə Məmmədovun dostlarının sayəsində klublarımızda Azərbaycana dəxli olmayan 20-dən çox milliləşən oynayır. Limit buna görə lazım idimi?
 
Klubların 6 yer üçün lazım olandan çox əcnəbi gətirməsini vurğulayan Məmmədov yenə “Qarabağ”a ilişdi. “Futbolinfo”da gedən yazı-statistikadan ilhamlanan baş katib düz deyir, bəli, 13 legioner çoxdu. Bəs, siz bunun qarşısını almaq üçün nə etmisiz? Daimi əlaqədə olduğunuz UEFA-nın, FIFA-nın təcrübəsindən yararlanın, daxili çempionatda müəyyən tələblər qoyun, klubları öz yetirmələrini oynaymağa, ən azı sifariş vərəqinə salmağa məcbur edin.
 
Boru isinmişkən dəmir hissəciyi ora əlavə edək. Millimizin baş məşqçisi Nikola Yurçeviç ilk mətbuat konfransında Avro-2020 ilə bağlı ona heç bir şərt qoyulmadığını demişdi. Elxan bəy isə hədəfin məhz bu yarıç, final mərhələsi olduğunu bildirdi. Hətta əlavə etdi ki, bütün namizədlərlə danışıqlarda söhbətin ilk cümləsi məhz bu barədə olurdu.
 
Ola bilsin, Yurçeviç düz deyir. Amma Məmmədov belə danışmağa məhkumdu, çünki bu tələb ən yüksək səviyyədə qoyulub. At quyruğuna bağlanmaqdan xilas olmaq üçün zaman qazanmaq lazımdı.
 
VÜSAL MAHMUDOV
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm