I Liqa
“Turan Tovuz” yeni baş məşqçisini rəsmən açıqladı
Birinci Divizionda mübarizə aparan “Turan Tovuz”un y…
Birinci Divizionda mübarizə aparan “Turan Tovuz”un yeni baş məşqçisi məlum olub.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı bundan sonra Nizami Sadıqov çalışdıracaq. Sadıqov bu postda Eltay Atayevi əvəz edib.
Nizami Sadıqov daha əvvəl də “Turan Tovuz”un baş məşqçisi olub.
“Turan Tovuz” 1-ci divizionda 13 xalla 11-ci pillədə qərarlaşıb.