Dünya futbolu
UEFA Serxio Ramosla bağlı araşdırmaya başladı
UEFA İspaniyanın “Real” klubunun kapitanı Serxio Ramosl…
UEFA İspaniyanın “Real” klubunun kapitanı Serxio Ramosla bağlı araşdırmalara başlayıb.
Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi UEFA Çempionlar Liqasının “Ayaks”la (Hollandiya) səfər oyununda bilərəkdən sarı vərəqə almaqda ittiham olunur.
“Real”ın 2:1 hesabıyla qalib gəldiyi həmin oyunda Ramos 89-cu dəqiqəqə sarı vərəqə almışdı. Matçdan sonrakı açıqlamasında isə ispaniyalı futbolçu bunu bilərəkdən etdiyinə eyham vurmuşdu.
Sarı vərəqə limitini dolduran Ramos “Ayaks”la cavab matçında meydana çıxa bilməyəcək. Lakin UEFA onun bilərəkdən sarı vərəqə aldığını təsdiqləsə, Ramos 1 yox, 2 oyunu buraxmalı olacaq. Bu barədə yekun qərar sabah açıqlanacaq.