Bizi izləyin

Müsahibə

Kaxaber Sxadadze: Klub rəhbərliyinə “İnter”dən getmək istədiyimi bildirdim

"İnter"in baş məşqçisi Kaxaber Sxadadzenin futbol…

blank
"İnter"in baş məşqçisi Kaxaber Sxadadzenin futbolinfo.az saytına müsahibəsi
 
– Beş illik fəaliyyətiniz ərzində "İnter" ilk dəfədi ki, bu qədər zəif təsir bağışlayır. Sizcə, bunun səbəbi nədi?
– Starta uğursuz başladıq. 6 oyundan beşində uduzduq. Sonrakı 5 oyunda isə 10 xal yığdıq. Etiraf edim ki uğursuzluğa başlıca səbəblərdən biri əvvəlki heyətin dağılması oldu. 12 futbolçu komandanı tərk etdi. Heyəti yenidən yığdıq. Digər tərəfdən isə, transfer mövsümünü boşa verdik. Məğlub olduğumuz beş oyunun dördündə ilk hissədə qalıb biz idik. Bu, o deməkdi ki, komanda funksional olaraq çempionata hazır deyildi. Həm də biz bütün gücümüzü Avropa Liqasına yönəltmişdik. Etiraf edim ki, mən komandanı istədiyim kimi qura bilmədim. Hətta rəhbərlik və sponsorla görüşərək komandadan getmək istədiyimi bildirdim. Bu, "Bakı" ilə oyundan əvvəl idi. "Neftçi"yə məğlubiyyətdən sonra yaranmış fasilədə 10 gün güclü məşq etdik. Oyun sxemini dəyişdik. Bundan sonra 3 oyun keçirdik və həmin oyunlardan sonra əmin oldum ki, komandanı bərpa edə biləcəm. Bunlar "Bakı", "Xəzər Lənkəran" və  “bostan”da qarşılaşdığımız “Sumqayıt”la oyunlar idi.
 
– Bu yay etdiyiniz transferlərə görə çox tənqid olunursuz. Bu transferlərin uğursuz olması fikri ilə razısız?
– Əlbəttə. Amma hamısını uğursuz hesab etmirəm. Onların içində yaxşıları da var.
 
– Uğursuz transferlərə səbəb düzgün aparılmayan seleksiya işidi, yoxsa maddi imkan?
– Mən bunun səbəbini seleksiyada görürəm.
 
– Komandanı 12 futbolçu tərk etdi. Ən çox kimin gedişi sizi üzdü?
– O futbolçularla 4 il bir yerdə işləmişdim, uğur qazanmışdıq. Hər birinə hörmət edir və çox isdiyirəm. Elə futbolçulardan ayrılmaq çətin idi.
 
– Oğlunuz Baçananın çıxışından razısızmı?
– (gülür) Özününkündən həmişə daha çox şey gözləyirsən, daha çox irad tutursan. Baçana ötən mövsüm özünü çox yaxşı bağışladı. Bu il isə sabit deyil. Yəni zəif çıxış etdiyi oyunlar da var. Baxmayaraq ki, onu artıq Gürcüstan millisinə dəvət edirlər.
 
– Vaqif Cavadov komandaya gələn kimi, kapitanlıq sarğısını ona verməyiniz birmənalı qarşılanmadı…
– Düzdü, Vaqif təzə gələndə bizim oyun fəlsəfəmizi anlaya bilmirdi. İndi ondan razıyam. Çatışmazlıqlar var, amma Cavadov yaxşı icraçıdı. O ki qaldı kapitanlığa, düzdü o, yeni gəlib. Ondan daha əvvəl komandada oynayanlar var. Sadəcə, Cavadova kapitanlıq verməklə əlavə motivasiya da vermiş oldum.
 
– Həmyerliniz İaşvilinin çıxışı sizi qane edir?
– İaşvili fantastik futbolçudu. Azərbaycana gəlmiş ən səviyyəli legionerdi. Yaşının çox olmasına baxmayaraq, güclü məşq edir. Onun elə məşqlərdə iştirakı nəyə desəz, dəyər. Oyunun müqəddaratnı dəyişə bilən futbolçudu. Mən minnətdaram ki, o, bizimlə işləməyə razı oldu.
 
– Komanda uğursuz çıxış etdiyi vaxtlarda rəhbərlikdən gələn müqavilə təklifi sizə jest idimi?
– Əlbəttə, bu, bir dəstək idi. Mən rəhbərliyə getmək istədiyimi demişdim. "İnter" mənim həyatımın bir hissəsinə çevrilib. Bu klubu çox sevirəm. Əgər mənim gedişim komandaya kömək edəcəkdisə, mən gedərdim. Hətta mənə iş təklifləri də var idi. Həm Azərbaycandan, həm xaricdən. Amma klub rəhbərliyi qalmağımı istədi.
 
– “İnter”də yerli futbolçu çatışmazlığı varmı?
– "İnter"də belə bir problem ən azı 6 il olmayacaq.
 
– Gerogi Nikolov müsahibəsində sizin hücumçu almaq istədyinizi bildirmişdi. Gözaltı etdiyiniz futbolçu varmı?
– Əlbəttə, var. Amma bunlar legionerlər olacaq. Hətta bir neçə futbolçu ilə yollarımızı ayıracağıq.
 
– "İnter" üçün ən çətin rəqib kimi görürsüz?
– Sözsüz ki, bu "Qarabağ" və  "Neftçi"di. “Qarabağ”ı uzun müddətdi məğlub edə bilmirik. Ağdam klubu gözəl futbol oynayır. "Neftçi" də həmçinin.
 
– Hakimliyin səviyyəsi sizi qane edir?
– Yaxşı hakimlər var. Amma niyə səhvlər edirlər, bunu bimirəm. Qoy bu işlə PFL və aidiyyatı orqanlar məşğul olsunlar.
 
– Bir məşqçi kimi Berti Foqtsun işini necə qiymətləndirirsiz?
– Fikrimcə, bir məşqçi digər məşqçinin işini tənqid etməməlidi. Mən də həmçinin heç vaxt Foqtsun işini tənqid edə bilmərəm. Əksinə, hər zaman dəstəkləyirəm.
 
– AFFA-nın yeni reqlamentinə görə start heyətdə 21 yaşlı futbolçunun olması tələbi sizə heyət qurmaqda çətinlik yaratmır ki?
– "İnter"in bundan beş il sonra da bununla bağlı problemi olmayacaq. Bu barədə fikrimi Ramin Musayevə də bildirmişəm. Fikrimcə, yaş limitini 21-dən 23-ə qədər qaldırmaq lazımdı. Çünki bu il 21 yaşı olan futbolçu gələn il heç kimə lazım olmayacaq. Həm də gənc futbolçular öz qiymətlərini süni şəkildə qaldırırlar.
 
– Bəs Musayev fikrinizi necə qarşıladı?
– Qismən o da mənimlə razıdı. Amma bu qərarı təkcə o, yox, İcraiyyə Komitəsi verir. Hətta Bernard Lippertə də demişəm ki, o düzgün etmir. Lippertlə aram yaxşıdı. "Ayntraxt"da oynayarkən tanışlığımız var idi.
 
– Çempionatın reqlamenti sizi qane edirmi?
– Çox. Hələ belə gərgin çempionat olmamışdı. Baxmayaraq ki, üç komanda digərlərini daha çox qabaqlayıblar. Amma mövsüm çox uzundu. Bizim də liderə çatmaq şansımız var.
 
KƏMALƏ İSMAYILOVA
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-19 17:44

Yeddiqat dünya çempionu səfir təyin edildi

blank
Dünya futbolu2024-04-19 17:27

“Beşiktaş” Qurban Qurbanovla bağlı qərar verməyib

blank
Dünya futbolu2024-04-19 17:09

ÇL: Həftənin ən yaxşı qolunun müəllifi açıqlandı

blank
Premyer-liqa2024-04-19 16:52

“Turan Tovuz” “Sumqayıt”a uduzur – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-19 16:51

MBA-da mövsümün statistik göstəriciləri: kim nədə lider oldu?

blank
Digər idman növləri2024-04-19 16:20

Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər

blank
Ölkə futbolu2024-04-19 16:01

“Lerik” Əsasnaməni pozduğu üçün cərimə olundu

blank
I Liqa2024-04-19 15:47

“İrəvan” xərəkdaşıyanlara görə cəzalandı

blank
Dünya futbolu2024-04-19 15:31

Almanlar bunu 29 ildən sonra bacardılar

blank
Dünya futbolu2024-04-19 15:15

Olmo seçim qarşısında

blank
Dünya futbolu2024-04-19 15:00

“Barselona” “Nou Kamp”a nə vaxt qayıdacaq?

blank
Premyer-liqa2024-04-19 14:41

“Qarabağ”la “Qəbələ”nin 77-ci dueli

blank
Digər idman növləri2024-04-19 14:24

Azərbaycan çempionatında həlledici mərhələnin ilk oyunlarının təqvimi açıqlandı

blank
Digər idman növləri2024-04-19 14:10

Ataman üçün acı xəbər

blank
Digər idman növləri2024-04-19 13:52

Çində ən yaxşı nəticəni “Maklaren” sürücüsü göstərdi

blank
Ölkə futbolu2024-04-19 13:35

“Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil” – “Neftçi” rəsmisi

blank
Dünya futbolu2024-04-19 13:20

Naqelsmann yığmada qaldı – müqavilə müddəti uzadıldı

blank
Müsahibə2024-04-19 13:19

Sertan özündən narazıdır: “Daha yaxşısını edə biləcəyimi düşünürəm”

blank
Ölkə futbolu2024-04-19 13:01

“Qəbələ”də daha bir vida – legioner yola salındı

blank
Digər idman növləri2024-04-19 12:44

Ən yaxşı snayper müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-19 12:27

AFFA Tovuza elə bir hakim göndərib ki…

blank
Digər idman növləri2024-04-19 12:10

MHL-də mövsümün ən məhsuldar oyunçusu bəlli oldu

blank
Dünya futbolu2024-04-19 11:53

İngilislərin fiaskosu və “Atalanta” kuboku qazansa…

blank
Digər idman növləri2024-04-19 11:35

Azərbaycan tennisçisi beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-19 11:20

İtaliya ÇL-də 5 komanda ilə təmsil olunacaq

blank
Premyer-liqa2024-04-19 11:06

“Turan Tovuz” – “Sumqayıt” və “Zirə” – “Neftçi” matçlarının hakimləri bilindi

blank
Ölkə futbolu2024-04-19 10:57

Tovuzdakı vacib matç Əliyar Ağayevə tapşırıldı

blank
Dünya futbolu2024-04-19 10:49

Kloppun məğlubiyyət şərhi

blank
Digər idman növləri2024-04-19 10:34

Oyunların tarixi açıqlandı

blank
Dünya futbolu2024-04-19 10:17

Həftənin ən yaxşısı adına namizədlər

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm