Dünya futbolu
46 illik rekord qırıldı
“Real” – “Sevilya” oyunun nəticəsi (7:…
“Real” – “Sevilya” oyunun nəticəsi (7:3) hələ uzun müddət danışılacağa bənzəyir. Futbolinfo.az xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda 46 ildən sonra qapılara 10 qol vurulması adi hal kimi qarşılanmamalıdı.
Meydan sahiblərinin 7:3 hesabı ilə qalib gəldiyi oyunda 3 penalti və 1 qırmızı vərəqə də qeydə alınıb.
Qeyd edək ki, möhtəşəm qələbə sayəsində xallarını 25-ə çatdıran “Real Madrid” 3-cü, “Sevilya” isə 13 xalla 11-ci yerdə qalıb. Digər tərəfdən, Ronaldu 11 qolla bombardirlər siyahısında “Atletiko”nun hücumçusu Dieqo Kostanın liderliyinə şərik olub.
Qeyd edək ki, sonuncu dəfə “Santyaqo Bernabeu”da 10 qol 1967-ci ildə “Real Madrid” – “Real Sosyedad” matçında vurulub (9:1).