Bizi izləyin

Müsahibə

“İnkişaf üçün hər zaman öyrənməyə ehtiyac var”

“Kəpəz”in baş məşqçisi Etibar İbrahimov Alman…

blank

“Kəpəz”in baş məşqçisi Etibar İbrahimov Almaniyaya səfəri haqda klubun mətbuat xidmətinə müsahibə verib. 

Futbolinfo.az xəbər verir ki, gənc məşqçi Frankfurt “Ayntraxt”ında keçirdiyi görüşlər, gələcək mümkün əməkdaşlıq və digər məsələlər haqda sualları cavablandırıb:

– Dünyanın ən inkişaf etmiş futbol ölkələrindən olan Almaniyaya səfər hansı istəkdən yarandı?
– Gənc məşqçilər daim inkişafda olmalıdır. Əgər inkişaf etmək istəyiriksə, Avropanın top-klublarına müraciət etməliyik. Orada baş verən müxtəlif yeniliklərlə tanış olmalı, öyrənməliyik. Çempionatda fasilə yarandığından bu müddətdən daha səmərəli şəkildə istifadə etmək qərarına gəldim. Bir neçə dəfə Almaniyada olmuşam. Mənə “Ayntraxt” klubu yaxın olduğundan Nikolay Adamın dəvəti ilə oraya yollandım. Vaxtilə ölkəmizdə çalışan Adam indi Frankfurt klubun beynəlxalq əlaqələr üzrə baş meneceridir. Səfər müddətində Bundesliqanın 26-cı turu çərçivəsində keçirilən “Ayntraxt” – “Nürnberq” matçını stadiondan izlədim. Səhəri komandanın bərpa məşqində oldum, baş məşqçi Adi Xyutterlə görüşdüm. Düzdü, çox söhbətləşə bilmədik. Çünki milli komandaların AÇ-2020-nin oyunları ilə bağlı çempionatda fasilə yarandığından təcrübəli mütəxəssis vətəni Avstriyaya yollanırdı. Əvəzində onun fitness üzrə köməkçisi ilə əhatəli danışıb fikir mübadiləsi apardım. Özümə lazım olan bilgilər öyrənə bildim.

– Deməli, xoş təəssüratlarla qayıtmısız…
– Əlbəttə! Onu deyim ki, “Ayntraxt” – “Nürnberq” oyununda stadionda çox gözəl atmosfer vardı. Ümid edirəm ki, gələcəkdə Azərbaycan Premyer Liqasında da belə ab-hava olar. Məşqçi hər şeyi bildiyini düşünürsə, bu, onun dayanmağı deməkdir. Səfər mənim üçün çox səmərəli alındı. Klubumuzun yaxşı günlərini yaşamadığını nəzərə alaraq biz bununla barışmamalı, irəli getməli, uğur qazanmalı, inkişaf etməliyik. İnkişaf üçün hər zaman öyrənməyə ehtiyac var. Belə olan halda “Kəpəz”ə, Azərbaycan futboluna daha çox xeyir verə bilərik.

– “Ayntraxt”ın akademiyası barədə nə deyə bilərsiz?
– Orada olduğum müddətdə akademiyanın fəaliyyəti ilə yaxından tanış oldum. Daha doğrusu, 2013-cü ildəki səfərimdən fərqli bəzi yenilikləri gördüm. Əgər əvvəllər kütləviliyə fikir verilirdisə, indi kursu dəyişiblər. 9 yaş qrupunda cəmi 180 futbolçu var. Ən yaxşıları, potensialı olanları klubda saxlamağı qərara alıblar. “Ayntraxt”ın klub olaraq inkişafı bu gün göz önündədir. Klub məqsədyönlü, planlı işlərin sayəsində Avropa Liqasında mübarizəni davam etdirir. Son olaraq İtaliya “İnter”ini mübarizədən kənarlaşdırdılar. Bundesliqada da komandanın işləri yaxşı gedir. Turnir cədvəlində 5-ci pillədə qərarlaşıblar və Çempionlar Liqasına vəsiqə verən yerdən onları cəmi 1 xal ayırır. Klubun muzeyinə baş çəkdim. Maraqlı idi.

– Vaxtilə Nikolay Adamla istər Azərbaycanda, istərsə də Hindistan millisində birgə çalışmısız. Yollarınız ayrılsa da, əməkdaşlığınız, münasibətiniz davam edir.
– Həm dəvət, həm də isti qarşılanmaya görə sizin vasitənizlə Nikolay Adama təşəkkür edirəm. O, səfər müddətində məni tək buraxmadı və səfərin axırıncı gününə kimi müşayiət etdi. Azərbaycanda 5 il çalışan məşqçi kimi Adam ölkəmizin futboluna yaxından bələddir. “Kəpəz” haqda məlumatı var, yüksək fikirdədir. Görüşümüz zamanı bildirdi ki, kluba sərmayə qoyulsa, tezliklə inkişaf edə bilər. Nikolay “Ayntraxt”da məsul şəxsdir, ona etibar edirlər. Sıx qrafiklə çalışır, orada olduğum müddətdə onun Hindistan, Yaponiya, ABŞ və digər ölkələrdən olan qonaqlarla görüşü vardı.

– Bəlkə də bu barədə danışmaq tezdir. Amma gələcəkdə “Kəpəz”lə “Ayntrax” arasında əməkdaşlıq mümkün ola bilər?
– Təbii ki, bu reallaşsa, çox gözəl olar. Belə işbirliyi qurmaq klubumuzun rəhbərliyindən asılıdır. Nikolay Adamın Gəncə futboluna olan hörməti gələcəkdə bu əlaqələrin yaranmasına və inkişafına töhvə verə bilər. Avropanın böyük klubları ilə əməkdaşlıq edən komanda bundan yalnız qazanar. Ümid edək ki, yaxın gələcəkdə bu da olar.

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-01 00:57

ÇL: “Bayern” və “Real”dan ilk oyunda məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm