Bizi izləyin

Ölkə futbolu

“Sabah”ın akademiya təcrübəsi – təməl addımlar

“Sabah” Futbol Klubu tərəfindən həm nəzarət etmək, …

blank

“Sabah” Futbol Klubu tərəfindən həm nəzarət etmək, həm diqqət göstərmək üçün işə başlamışıq. Gələcəklə bağlı böyük planlarımız var”. İlqar İsrafilovdur həmsöhbətim. O, buyaxınlarda “Sabah”ın rəhbərliyi tərəfindən futbol akademiyasında işlərin təşkili və böyüdülməsi üçün dəvət edilib. Klubun prezidenti Maqsud Adıgözəlovla birgə “Dinamo”nun (Zaqreb) bazasında olub, akademiyanın fəaliyyəti ilə bağlı təcrübə keçiblər.
 
Klub prezidentinin bundan əvvəl də analoji səfərlərdə – “Atletiko” (Madrid), “Ayaks”, “Spartak”da (Moskva) olması, bundan sonra akademiya ilə bağlı yanaşmaların daha da genişləndirilməsi istiqamətində atılan addımlar məqsədin material yanaşma olduğunu düşünməyə əsas verir. Genişlənməkdə olan spektrda yer alan İsrafilov da düşünür ki, qarşıda mühüm yol var və onu qət etmək gərəkdir:
 
“Xaricdə təcrübə keçmək üçün Zaqreb “Dinamo”sunu seçdik. Çünki bu klub son illərdə Avropa futboluna çoxlu məşhur futbolçu verib. Onlar bunu həm də geniş olmayan büdcə ilə ediblər. Az maliyyə ilə böyük nailiyyətlər əldə etməyi bacarıblar. Bizə maraqlı idi ki, necə işləyib, bunlara nail olurlar. Bir çox detalı müşahidə etdik. İlk növbədə infrastruktur böyük əhəmiyyət daşıyır. “Dinamo” “Maksimir” stadionundan istifadə edir, akademiyası da ordadı. Uğurun yarısından çoxu infrastrukturdan asılıdı. Hər şey mərkəzləşdirilmiş şəkildədi. Lazım olan hər şey var: otel, fitnes zonası, hovuz, 5 təbii, 5 süni örtüklü meydança. Uşaqların seçimində də öz strategiyaları var. 6 yaşdan uşaqları cəlb edirlər, 1 il ödənişli şərtlər tətbiq edilir. Həmin zaman bəzi təməl məşqlər keçilir. Uşaqlar ancaq futbol oynayırlar, topla rəftar edirlər. Onlarda həmin azart hissini yaşadırlar. Uşaq məğlubiyyət, qalibiyyət hissini bilməli, auraya düşməlidi. 1 ildən sonra seçim aparılır. Burda da fiziki bacarıqlara, fərdi məxsusiyyətlərə diqqət edilir. Bəzi konkret tələblər olur ki, onları edə bilməyən uşaqları götürmürlər. Çünki artıq müəyyən zaman ərzində bu onlara öyrədilir və bacarmayan uşaq orda püxtələşə bilməz. Uşaqlara yalnız tək yox, hər iki ayaqla oynamağı öyrədirlər – müasir futbolda ən lazımlı faktordur. Özünüz də görürsüz ki, necə universal futbolçular çıxıb ordan. Mario Mancukiç hücumçudu, ancaq lazım olsa, cinah müdafiəçisi kimi də onyana bilər.  Bundan başqa, orda uşaqlar 13-14 yaşına qədər süni örtüklü meydançada məşq edirlər, daha sonra isə təbiiyə keçirlər. Bu da buts geyilməsi ilə bağlıdı. Çünki balaca yaşda uşaqlara icazə verilmir. Nəhəng Avropa klubları ilə müqayisədə bütün şərait ideal olmasa da, hər şey lokal və səliqəlidi”.
 
İnformasiya və müşahidə var, bəs tətbiqi üçün şərait? “Sabah” fərqli model düşünür, yoxsa təməl prinsiplər əsas götürülür? Bir klub olaraq məqsədin populyarlıqdan daha çox ciddi bazalaşmaq strategiyası olması cazibəli səslənir, lakin Azərbaycan mühiti/təfəkkürü üçün buna psixoloji hazır olmaq, tab gətirmək də vacibdir. Müsahibim düşünür ki, klubun atdığı hər addım buna hesablanıb – nəticə öz yerində, əsas odur ki, fayda verək. Keyfiyyətli futbolçu təməldən buna hazır edilməlidir. Təcrübənin tətbiqi üçün sponsorun dəstəyi, klub rəhbərliyinin rifah qatqısıyla bərabər məqsədə çatmaqçün mütəxəssis ehtiyatı da olmalıdır.
 
“Əlbəttə ki, bu işdə uğur məhsul əldə etməkdədir. Məhsulun yetişdirilməsi üçün isə o tələblərə cavab verəcək mütəxəssislərin olmalıdır. Bu tələbi yaxşı duyuruq və hiss edirik. İşə kompleks yanaşma da bu ehtiyacdan irəli gəlir.  Qarşıya qoyulan tələb məhz bunlardan ibarətdir. “Sabah” təməl baza klubu formalaşdırmaq istəyirsə, eyni zamanda həm keyfiyyətli skautlara malik olmalıdır, həm uşaqlarla doğru işləməyi bacaran mütəxəssislərə. İlkin addımları da məhz bu istiqamətə ona görə atırıq ki, ən müxtəlif nümunələri görək, təhlil edək, uyğun versiyaları komplektləşdirək. Buna klub rəhbərliyindən tutmuş sıravi hər bir əməkdaşa qədər beyin baxımından hazırlanırıq”.
 
– Müasir yanaşmada intellekt və idman tandemindən çox danışılır. Bunun üzərində nə düşünürsüz?
 
– Belə bir deyim var ki, futbol başla oynanır. İntellekti geniş  olmayan uşaq cazibəli futbol da oynaya bilməz. “Dinamo”da əsasən kənd uşaqlarını yığırlar. Xorvatiya nə qədər Avropa olsa da, sənayeləşmiş deyil, daha çox turizm və aqrar sektora yönəlmiş ölkədir. Orda futbola yanaşmada da bu, özünü büruz verir. Daha çox xam materialla işləyib, onu formalaşdırmaq prinsipi üzərindən iş qururlar. İntellekt səviyyəsi bir yana, uşaqların psixoloji hazırlığına çox ciddi yanaşırlar. Məsələn, kənddən gələn uşaqlar orda tək qalırlar və onlara xüsusi diqqət edilir. Mental olaraq uşaqların üzərində çox işləyirlər. Fikir verin, Modriçin fiziki göstəriciləri o qədər də yüksək deyil, ancaq lazımı məqamlarda düzgün qərarlar verməsi ilə meydanda istədiyi hər şeyi edir, hər iki ayağını eyni dərəcədə işlədə bilir və s. Bu, futbolçunun keçdiyi məktəbdən asılıdır. Psixoloji baxımdan o səviyyədə hazır olmasa, öz gücünə əminliyi olmaz, üzərinə təzyiq ediləndə çıxış yollarını müəyyənləşdirməkçün beyincə rahat olmaz. Biz o praktiki məşqləri görməsək də, təqdimatda bu məsələni vurğuladılar.
 
– Gələcəkdə “Sabah”la “Dinamo” arasında bir əməkdaşlıq qurulması mümkün ola bilərmi?
– İşimizin bir tərəfi də bununla bağlı idi. “Dinamo”da 8 yaşda imtahanı keçən və artıq pulsuz ora qəbul edilən uşaqlarla müqavilə bağlanır. Bu rəsmi bir şey deyil, amma orda qeyd olunur ki, həmin uşaq akademiyada futbolu öyrəndiyi müddətdə hər hansı digər klub onu istəyərsə, 2 milyon avro ödəməlidi. Buyaxınlarda bu məbləğə bir qapıçını “Ayaks”a satdılar. Bizim gələcəkdə uşaqları, məşqçiləri ora təcrübə üçün göndərmək planımız var. Orda olduğumuz müddətdə “Zenit”in bir neçə məşqçisi praktika üçün gəlmişdi, 1 həftəlik kurs keçdilər. Buna qədər Rusiyadan heç kim ora gəlməmişdi. Artıq bu da bir bazardı. Gələcəkdə bizim bir perspektivli futbolçumuz olsa və müəyyən şərtlərlə ora göndərsək, birdəfəlik satışdan müəyyən gəlir əldə edə bilərik. Ən azından ordan Avropaya çıxış daha rahatdı. Buyaxınlarda “Benfika” ilə “Dinamo”nun 17 yaşlıları oynayırdı. Stadionda 70-ə yaxın skaut var idi.
 
– Bizdə adətən oğlan uşaqlarının əksəriyyətinin futbola marağı olur. Valideyn övladının bu tip istəyi ilə necə davranmalıdı?
– Biz uşaq olanda məhəllə futbolu var idi, indi vəziyyət dəyişib. Təəssüf ki, məhəllə futbolu məhv olub. Kiməsə şərait imkan vermir, kiməsə valideyn icazə vermir. Dövr də başqadı, uşaqlar müasirləşiblər, texnologiyaya daha çox meyl edirlər. Valideynlər istəyirlər ki, uşaqları hansısa idman növü ilə məşğul olsun. Onlara ilk növbədə məsləhətim bu ola bilər ki, hansısa kommersiya vədlərinə aldanmasınlar. Bir az ayıq olmaq lazımdı. Neqativ hadisələr çox baş verib. Uşaqları yığıblar, mənasız məşqlər keçilib və s. Belə dələduzlar çoxdu. Valideynlərin hisslərindən istifadə edirlər. Deyirlər ki, uşağın belə bacarıqlıdı, belə yaxşı olacaq və s. Hansı valideyn istəməz ki, uşağı haqda xoş danışılsın. Onlar da aldanırlar. Bizim istəyimiz odu ki, gələcəkdə uşağını futbolçu kimi görmək istəyən valideynlər düzgün addım atsınlar. Nə qədər peşəkar yanaşma olsa, o qədər yaxşı olacaq o uşaqların gələcəyi üçün. Özümüz də bilirik ki, yaxşı futbolçu nadir hallarda yetişir. İndiki vəziyyətdə çətindi. Əlimizdə olan uşaqları istəyirik ki, axıra kimi aparaq, yaxşı futbolçu olmalarına şərait yaradaq.
 
– “Sabah”ın kiçik yaş qruplarının nəticələri kifayət qədər yaxşıdı. İlkin baxışınız nədi? Ümumiyyətlə, bizdə aşağı yaşlılarda nəticələr pis olmur, sonradan isə sanki qırılma beş verir.
 
– Bu, yəqin ki, keçid dövrü ilə bağlıdı. Aşağı yaş qruplarında nəticələr normal olur. “Sabah”ın 2006-2007-ci il təvəllüdlü uşaqları ötən illərdə “İzmir Cup”da qızıl medal qazanmışdı. Orda gördüyümüz uşaqlar da texniki cəhətdən bizimkilərdən üstün deyillər. Fiziki cəhətdən fərq ola bilər. Amma keçid dövründə düzgün planlaşdırılan məşqlər, qidalanma ilə bu problemi də həll etmək olar. Bizdə əksərən məşq futbolçu meydana girəndən çıxana qədər davam edir. Uşağın asudə vaxtında nə etdiyi, öz üzərində işləyib-işləmədiyi ilə bağlı informasiya yoxdu. Amma məsələn, “Krasnodar”ın akademiyasında uşaqları yaxşı mənada izolyasiya ediblər, dərslərini də orda keçirlər, yeməklərini də orda yeyirlər, məşqlərini də orda edirlər. Belə yanaşmanın mütləq nəticəsi olur. Gələcəkdə bizim ideyamız budu. İstəyirik ki, belə şeylərə çataq.
 
Uşaq futbolunda nəticələri gözoxşayan olan “Sabah”ın bunu yalnız Azərbaycan miqyasında bacardığını, daha böyük addımlarçün islahatların vacib oldğunu anlaması müsbət tərəfdir. Beynəlxalq təcrübə və onun faydalı tətbiqi ən həssas detaldır. Ölkədə böyük maddi imkanlara malik olub, lakin uşaq futbolunda faydalı ola bilməyən klubların buraxdığı səhvlər də göz önündədir və dəfələrlə təhlil edilib, ortaya qoyulub. Xalqı mövcud olmayıb, dili yaşayan – latınca kimi “Bakı”nın da mövcudiyyəti olmasa da, akademiyasında yetişən futbolçuların neçəsi iddialı klublarda, millidədir. Bu baxımdan başqa, amma çox az sayda uğurlu olan klublarımız da var ki, “Sabah”ın onlardan biri və ya daha yaxşısı olmaqçün addımlar atması diqqət çəkir. Nəzərlər artıq bu klubdadır və işlər elə qurulmalıdır ki, uğur nöqsanı aşsın.

Futbolpress.az

blank

blank

blank

blank

blank

blank
 

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-01 00:57

ÇL: “Bayern” və “Real”dan ilk oyunda məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm