Bizi izləyin

Müsahibə

Nikola Yurçeviç: “AFFA Xorvatiya ilə oyunumuzdan razı qalıb”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqç…

blank

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç Xorvatiya mətbuatına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, 52 yaşlı mütəxəssis AÇ-2020-nin seçmə mərhələsində xorvatlara qarşı oyundan, eyni zamanda Litva ilə yoldaşlıq matçından danışıb:

– Səfərdə Xorvatiyaya qarşı uğurlu oyununuzu necə şərh edərdiniz?
– Bu, 3 aspektdə nəzərdən keçirilməlidir. Birincisi, bu fakt yalnız indiki yox, hələ mənim oynadığım və məşqçi işlədiyim dövrdəki nəsilə də aiddir ki, Xorvatiya böyük turnirlə müqayisədə seçmə mərhələdə elə də yaxşı çıxış edə bilmir. Çünki belə matçlarda xorvatlar adətən favorit hesab olunurlar ki, bu da sonda onların özlərinə mənfi, rəqib komandalara isə müsbət təsir edir. İkincisi, motivasiyadır. Hansı ki, biz oyuna 200 faizlik köklənmə ilə çıxmışdıq. Üçüncüsü isə oyun aspektidir.

– Burada sizin Xorvatiya millisini yaxşı tanımağınız da rol oynadımı?
– Xorvatiya ötən yay Rusiyada keçirilən dünya çempionatında qeyri-adi enerji və fantastik keçidlər hesabına ən təhlükəli rəqiblərdən sayılırdı. Bilirdim ki, müdafiə xəttimiz etibarlı oynasa, rəqibə çətinlik yaşada bilərik. Biz həmin oyunda 5-6 dəfə bunu etdik. Xorvatiyanın qapısına bir dəfə yol tapdıq, amma yenə qol vura bilərdik.

– Oyunçularınıza daha çox nəyə diqqət etməyi tapşırdınız?
– Əsas məqsədimiz meydanda maksimum gücümüzü ortaya qoymaq idi. Ona görə də oyunun sonlarında futbolçularımız tamam əldən düşmüşdülər. Onlar Perişiç, Barişiç və digərlərinin cinahlarını bağlaya bilmişdilər. Xorvatlar sonda Kramariçin hiyləgərliyi sayəsində qələbə qazandı. Halbuki biz oyundan əvvəl bu futbolçu ilə bağlı da xəbərdarlıq etmişdik. Amma tapşırıqların hamısını yerinə yetirmək mümkünsüzdür. İkinci qolu məhz Kramariçin dahiliyinə görə buraxdıq.

– Xorvatiyanın Azərbaycanla oyundan 3 gün sonra səfərdə Macarıstana uduzması sizi təəccübləndirdi?
– Təəccübləndim. Oyunu izlədiyimdən hər şeyin necə baş verdiyini gördüm. Xorvatiya hesabı açdıqdan sonra futbolçulara elə gəldi ki, hər şey onların nəzarəti altındadır. Macarları yaxşı tanıyıram. Onlar qol buraxanda çox aqressiv olurlar. Mən indiyə qədər onların bu cür ruh yüksəkliyi ilə oynadığını görməmişdim. Azarkeşlərlə oyunçular arasında qarşılıqlı əlaqə möhtəşəm idi. Təəssüf ki, bizdə bu yox idi. Bir xorvat futbolçunun üstünə 3-4 nəfər macar oyunçu gedirdi. Adətən uduzanda etmək istədiklərin alınmır. Macarıstanlı futbolçuların istəyi daha çox idi və bu, komandalar arasındakı səviyyə fərqini azaltdı. Belədə isə ustalığın da sənə kömək etmir. Ancaq panika üçün səbəb yoxdur. Bu, xəbərdarlıq idi. Problem ondadır ki, bizim azarkeşlərimiz öz rəqiblərinə üstdən aşağı baxırlar. Bu, bir daha göstərdi ki, hər şey heç də asan olmayacaq. Seçmə mərhələnin sonlarına doğru Xorvatiyanı böyük oyunlar gözləyir. Ehtiyatlı olmalı, sabitliyi və komanda daxilində ab-havanı qoruyub saxlamalıdırlar. Xorvatiya böyük uğurlardan sonra eniş yaşayan ilk komanda deyil.

– Azərbaycan yoldaşlıq oyununda Litva ilə qolsuz bərabərə qaldı…
– Yerli federasiya və futbol ictimaiyyəti Xorvatiya ilə Zaqrebdəki oyunumuzdan razı qalıb. Azərbaycan futbolu tarixinin ən böyük sensasiyasını gerçəkləşdirə bilməməyimiz təəssüf doğurdu. Komandada yaxşı atmosfer yaratmaq vacibdir. Litvanı məğlub etməliydik. Amma hər şey qaydasındadır. Hər bir komanda üçün güclü rəqib olmağa çalışacağıq.

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-10 19:00

Premyer Liqada aprel ayının ən yaxşı baş məşqçisi və futbolçusu bəlli oldu

blank
Dünya futbolu2024-05-10 18:39

İlin ən yaxşı baş məşqçisi və futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-10 18:20

Azərbaycan samboçuları AÇ-ni 3 medalla başa vurdular

blank
Premyer-liqa2024-05-10 18:16

“Neftçi”  “Kəpəz”ə qarşı – YENİLƏNİR

blank
Ölkə futbolu2024-05-10 18:01

“Kəpəz”də 7 itki

blank
Digər idman növləri2024-05-10 17:43

Yeddiqat dünya çempionu mövsümün ən yaxşısı elan edildi

blank
Dünya futbolu2024-05-10 17:25

Kasilyasdan Luninə dəstək

blank
Digər idman növləri2024-05-10 17:07

Teymur Rəcəbov “Şarja Masters” beynəlxalq şahmat turnirində iştirak edəcək

blank
Müsahibə2024-05-10 16:51

“Qəbələ” mövsümün əvvəlindən bu strategiyanı icra etsəydi…” – Arif Əsədov

blank
Dünya futbolu2024-05-10 16:37

AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO

blank
Ölkə futbolu2024-05-10 16:20

Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”

blank
Digər idman növləri2024-05-10 16:05

Ərəblərin pulu ilə Amerikada yeni liqa yaradılır

blank
I Liqa2024-05-10 15:51

I Liqada 26-cı turun oyun cədvəli bəlli oldu

blank
Ölkə futbolu2024-05-10 15:36

“Masallı”ya texniki məğlubiyyət verildi

blank
Ölkə futbolu2024-05-10 15:20

ÇL: Yeni mövsüm üçün format və oyun cədvəli

blank
Digər idman növləri2024-05-10 15:02

Bakıdakı Dünya Kubokunda növbəti qaliblər müəyyənləşdi

blank
Dünya futbolu2024-05-10 14:45

“Atalanta” onu birdəfəlik alacaq

blank
Ölkə futbolu2024-05-10 14:30

Rəqibini vuran futbolçu sərt cəza aldı

blank
I Liqa2024-05-10 14:19

Budaq Nəsirova 4 oyunluq cəza verildi

blank
Ölkə futbolu2024-05-10 14:08

AFFA-dan Gəncədəki dava ilə bağlı sərt cəza

blank
Digər idman növləri2024-05-10 13:55

Formula 1-in gəliri ötən illə müqayisədə 45% artıb

blank
Digər idman növləri2024-05-10 13:38

Möhtəşəm boks gesəsinin döyüşləri açıqlandı

blank
Dünya futbolu2024-05-10 13:21

Konfrans Liqası: Həftənin ən yaxşısı adına namizədlər bilindi

blank
Dünya futbolu2024-05-10 13:04

Avroliqada həftənin ən yaxşısı adına 2 namizəd

blank
Ölkə futbolu2024-05-10 12:49

AFFA İcraiyyə Komitəsi gələn həftə yığışacaq

blank
Dünya futbolu2024-05-10 12:34

“Arsenal” çempionluq paradının planını hazırlayıb

blank
Ölkə futbolu2024-05-10 12:17

Omar Hani qayıtmaq istəyir

blank
Digər idman növləri2024-05-10 12:00

Bu gün yarımfinalın daha bir görüşü keçiriləcək

blank
Digər idman növləri2024-05-10 11:49

Qadın güləşçilərimiz Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayırlar

blank
Digər idman növləri2024-05-10 11:37

“Böyük Dəbilqə”nin ilk günündə 7 cüdoçumuz mübarizə aparacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm