Dünya futbolu
Prosineçki: “Azərbaycanla oyunda özümüzə bənzəmirdik”
“Xorvatiya ilə oyundan sonra Yurçeviçlə danışm…
“Xorvatiya ilə oyundan sonra Yurçeviçlə danışmamışam. Çünki buna vaxt yoxdur. Hərəmizin öz işi, öz öhdəlikləri var”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçki deyib. AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda xorvatların yığmamızı çətinliklə məğlub etdiyi oyun haqda fikirlərini bildirən təcrübəli çalışdırıcı Macarıstana məğlubiyyəti də şərh edib:
"Hər iki matçda özümüzə bənzəmirdik. Bilirsiniz, necədir? Qalib gələndə sən ən yaxşı, uduzanda isə ən zəif olursan. İndiki vəziyyət də buna bənzəyir. Macarıstana məğlub olduq, çünki bizə elə gəlirdi ki, 3 xal qazanmaq asan olacaq. Macarlar həm öz aqressivliyi, həm də oyun keyfiyyəti ilə təəccübləndirir. Bu da onu göstərir ki, hər bir komandaya qarşı maksimum dərəcədə ciddi oynamalısan. Əlbəttə, bizim dünya ikincisi olmağımızı digər rəqibləri narahat edir. Hə, Rusiyada olanlar əla idi, amma artıq başa düşməliyik ki, bu, yeni turnirdir".
Səhhəti haqda da danışan Prosineçki növbəti dəfə əməliyyat olunacağını bildirib: "Bir neçə gündən sonra üçüncü dəfə əməliyyat olunmalıyam. Bundan sonra Zaqrebdə, yoxsa Sarayevoda qalacağıma qərar verəcəyəm. İndi səhhətimlə bağlı hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm. Problemlər geridə qaldı. Amma yenə də bu prosedurlardan keçməliyəm".
Qeyd edək ki, hazırda Bosniya və Herseqovina yığmasının baş məşqçisi olan Prosineçki 2014-2017-ci illərdə millimizi çalışdırıb.
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Müsahibə2024-05-15 08:00
Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”