Bizi izləyin

Ölkə futbolu

“Sumqayıt” Hakan Sünala təqdimat mərasimi keçirdi – VİDEO

“Sumqayıt” Futbol Akademiyasının direktoru vəzifəsin?…

blank

“Sumqayıt” Futbol Akademiyasının direktoru vəzifəsinə Hakan Sünal təyin edilib. 

Futbolinfo.az xəbər verir ki, bununla əlaqədar olaraq, “Sumqayıt Arena”nın mətbuat konfransı zalında adıçəkilən mütəxəssisin təqdimat mərasimi keçirilib. 

Tədbiri “Sumqayıt” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov giriş sözləri ilə açıq elan etdikdən sonra söz klubun prezidenti Riad Rəfiyevə verilib. 

Rəfiyev öz növbəsində Sumqayıt şəhərinin idman şəhəri olduğunu, idmanın müxtəlif sahələrində Dünya və Avropa çempionları yetişdirdiyini söyləməklə yanaşı klubun yeni direktorunun təyinatından danışıb: 

"İdman şəhəri olan Sumqayıtda klubumuzun akademiyası bu gündən etibarən yeni mərhələyə qədəm qoyur. Avropa təcrübəsi olmuş Hakan Sünal növbəti iki ildə akademiyamızın rəhbəri vəzifəsində çalışacaq. Bu gündən plan üzrə işlərimizə start verəcəyik. Bildiyiniz kimi, bu yaxınlarda AFFA tərəfindən klublara uşaq futbolunun inkişafı üçün vəsait ayrılıb. Bu məqsədlə akademiyamızın məşqçiləri Avropanın öndə gedən futbol akademiyalarından olan "Altınordu"da təcrübə keçdi. Əsas prinsiplərimizdən biri də, "Sumqayıt" Futbol akademiyasının yalnız "Sumqayıt Arena"dan ibarət olmamasıdır. Yaxın gələcəkdə şəhərin müxtəlif ərazilərində akademiyamızın bölmələrini açmağı düşünürük. Bizim aşağı yaş qruplarımız növbəti mövsümdən etibarən şəhərin müxtəlif ərazilərində də cəmləşəcək. Bu sistem valideynlərin işini bir qədər də asanlaşdıracaq. Əsas prinsiplərimizdən biri də yaxın illər ərzində "Sumqayıt" Futbol Klubunun A komandası və milli komandalar üçün futbolçu yetişdirməkdir. İstəyimiz ondan ibarətdir ki, ən azı 5 ildən sonra A komandamızın böyük hissəsi akademiyamızın futbolçuları tutsun. Daha bir vacib məsələyə toxunum ki, ötən həftə "Sumqayıt" Futzal məktəbinin açılışı barəsində məlumat verdik. Düşünürəm ki, futzal futbolçuların böyük futbola gəlməsində önəmli rol oynayır. Misal üçün deyə bilərəm ki, bu gün bir neçə dünya ulduzu məhz futzaldan böyük futbola qədəm qoyub. Futzal məktəbinin yaradılması bizim layihələrimizin bir hissəsini təşkil edəcək. Ümumi götürsək, layihələr çoxdur, bu işləri pillə-pillə həyata keçirməyə çalışacağıq. Yekunda bildirim ki, Hakan Sünala inamımız sonsuzdur, onunla əl-ələ verib bu işləri zamanla həyata keçirəcəyimizə inanıram".

Riad Rəfiyevin ardından söz yeni direktor Hakan Sülana verilib. Fikirlərinə tədbir iştirakçılarının Novruz bayramını təbrik etməklə başlayan adıçəkilən mütəxəssis klub rəhbərliyinə bu şansı ona verdikləri üçün təşəkkürünü bildirib. Karyerası barədə məlumat verən Sünal “Sumqayıt” Futbol Akademiyasında məşqçilərlə birlikdə istedadlı futbolçuların yetişdirilə biləcəyini vurğulamaqla yanaşı əsas iş sistemi və gələcək planlarından danışıb: 

"Öncə klubun rəhbəri Riad Rəfiyevə mənə inanıb bura dəvət etdiyi üçün minnətdarlığımı bildirirəm. Özüm haqqında qısa məlumat verim. 38 yaşındayam, 2001-ci ildən məşqçilik karyerama başlamışam. “Ayntraxt” (Frankfurt), “SG Rosenhöhe”, “SpVgg Oberroad 05” və “FSV Frankfurt” klublarında çalışmışam. Son iki mövsümdə “FSV Frankfurt” klubun U-19 komandası ilə uğurlu nəticələrə imza atmışam. Bu müddət ərzində bu klubun əsas komandasına 12 futbolçu verdiyimi deyə bilərəm. Akademiyamızda əsas hədəfimiz "Sumqayıt" Futbol Klubunda sağlam akademiya mühiti yaratmaqdır. Görüləcək işlər həddindən artıq çoxdur. Lakin bunu mən tək bacara bilmərəm. Birlikdə, məşqçilərimizlə bu işlərin öhdəsindən gələcəyimizə inanıram Üç həftə əvvəl bura gəldim şərait və akademiya ilə tanış olduqdan sonra bu şəhərdə uğur qazanacağımı anladım. Yaxın gələcəkdə "Sumqayıt" akademiyasını Azərbaycanın sayılıb-seçilən akademiyalarından birinə çevirəcəyimizə inanıram. Öncə düzgün bir strukdur qurmağı planlaşdırırıq. Daha sonra pilləli şəkildə futbol fəlsəfəmizi aşılamaqla düzgün iş qurmağımızdır".

Daha sonra isə klub rəhbərliyi və Hakan Sünal media mənsublarının onlara ünvanladığı sualları cavablandırıb.

 

Reklam

Reklam


blank
Premyer-liqa2024-04-19 19:49

Tovuzda darmadağın – VİDEO

blank
Premyer-liqa2024-04-19 19:21

Ayxan Abbasov: “Günahkar axtarmıram” – VİDEO

blank
Premyer-liqa2024-04-19 19:09

Samir Abasov: “Bizi bu yerlərdə görmək çoxları üçün xoş deyil” – VİDEO

blank
Dünya futbolu2024-04-19 18:59

ÇL-də həftənin ən yaxşı oyunçusu

blank
Premyer-liqa2024-04-19 18:26

“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu

blank
Digər idman növləri2024-04-19 17:44

Yeddiqat dünya çempionu səfir təyin edildi

blank
Dünya futbolu2024-04-19 17:27

“Beşiktaş” Qurban Qurbanovla bağlı qərar verməyib

blank
Dünya futbolu2024-04-19 17:09

ÇL: Həftənin ən yaxşı qolunun müəllifi açıqlandı

blank
Digər idman növləri2024-04-19 16:51

MBA-da mövsümün statistik göstəriciləri: kim nədə lider oldu?

blank
Digər idman növləri2024-04-19 16:20

Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər

blank
Ölkə futbolu2024-04-19 16:01

“Lerik” Əsasnaməni pozduğu üçün cərimə olundu

blank
I Liqa2024-04-19 15:47

“İrəvan” xərəkdaşıyanlara görə cəzalandı

blank
Dünya futbolu2024-04-19 15:31

Almanlar bunu 29 ildən sonra bacardılar

blank
Dünya futbolu2024-04-19 15:15

Olmo seçim qarşısında

blank
Dünya futbolu2024-04-19 15:00

“Barselona” “Nou Kamp”a nə vaxt qayıdacaq?

blank
Premyer-liqa2024-04-19 14:41

“Qarabağ”la “Qəbələ”nin 77-ci dueli

blank
Digər idman növləri2024-04-19 14:24

Azərbaycan çempionatında həlledici mərhələnin ilk oyunlarının təqvimi açıqlandı

blank
Digər idman növləri2024-04-19 14:10

Ataman üçün acı xəbər

blank
Digər idman növləri2024-04-19 13:52

Çində ən yaxşı nəticəni “Maklaren” sürücüsü göstərdi

blank
Ölkə futbolu2024-04-19 13:35

“Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil” – “Neftçi” rəsmisi

blank
Dünya futbolu2024-04-19 13:20

Naqelsmann yığmada qaldı – müqavilə müddəti uzadıldı

blank
Müsahibə2024-04-19 13:19

Sertan özündən narazıdır: “Daha yaxşısını edə biləcəyimi düşünürəm”

blank
Ölkə futbolu2024-04-19 13:01

“Qəbələ”də daha bir vida – legioner yola salındı

blank
Digər idman növləri2024-04-19 12:44

Ən yaxşı snayper müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-19 12:27

AFFA Tovuza elə bir hakim göndərib ki…

blank
Digər idman növləri2024-04-19 12:10

MHL-də mövsümün ən məhsuldar oyunçusu bəlli oldu

blank
Dünya futbolu2024-04-19 11:53

İngilislərin fiaskosu və “Atalanta” kuboku qazansa…

blank
Digər idman növləri2024-04-19 11:35

Azərbaycan tennisçisi beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-19 11:20

İtaliya ÇL-də 5 komanda ilə təmsil olunacaq

blank
Premyer-liqa2024-04-19 11:06

“Turan Tovuz” – “Sumqayıt” və “Zirə” – “Neftçi” matçlarının hakimləri bilindi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm