Premyer-liqa
“Qarabağ” “Sumqayıt”ı biabır etdi
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 22 tura y…
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 22 tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun qapanış oyununda son çempion “Qarabağ” səfərdə “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib.
Əsas rəqibi “Neftçi” turu qələbə ilə başa vurduğu üçün, Ağdam klubu bu oyundan maksimum xalla ayrılmağa borclu idi. Amma sumqayıtlılar da uğursuz gedişata son qoymaq arzusundaydılar.
Qarşılaşma kifayət qədər məhsuldar alınıb. Qonaqlar bu görüşdə 6 cavabsız qola seviniblər.
Azərbaycan Premyer Liqası
22-ci tur
1 aprel
“Sumqayıt” – “Qarabağ” 0:6
Qol: D.Kintana, 17. Mahir Mədətov, 20; 40. F.Ozobiç, 51. A.Zubir, 78; 84.
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Kamal Umudlu.
“Sumqayıt Arena”, 18:30.
Sumqayıt: 12. Rəşad Əzizli, 4. Şəhriyar Əliyev, 21. Arif Daşdəmirov, 99. Əli Babayev, 60. Elvin Məmmədov (k), 10. Aleksey İsayev, 7. Cavid Tağıyev, 5. Adil Nağıyev, 34. Elvin Bədəlov, 8. Peyman Babayi, 9. Ehtiram Şahverdiyev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov, 15. Əmir Ağayev, 70. Ülvi İsgəndərov, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov, 77. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 49. İbrahim Əliyev, 20. Rüfət Abdullazadə, 6. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.
Qarabağ: 13. Vaqner da Silva, 55. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 20. Riçard Almeyda, 17. Abdullah Zubir, 77. Donald Gerye, 19. Filip Ozobiç, 8. Markos Madeyra, 10. Dani Kintana, 11. Mahir Mədətov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 94. Nicat Mehbalıyev, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 9. Araz Abdullayev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 99. Reynaldo Silva, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 70. Nicat Süleymanov.
Baş məşqçi: Qurban Qurbanov.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə