Premyer-liqa
Mirabdulla və Emin üçün əlamətdar tur
Futbol üzrə Azərbaycan Premyer Liqasının 22-ci turu “Ne…
Futbol üzrə Azərbaycan Premyer Liqasının 22-ci turu “Neftçi”nin iki futbolçusu üçün yubileylə əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin hücumçusu Mirabdulla Abbasov “ağ-qaralar”ın heyətində 50-ci çempionat oyununu keçirib. O, bu matçlarda 11 qol vurub.
“Keşlə”ylə qarşılaşmada komandasına 1:0 hesablı qələbə qazandıran qolun müəllifi Emin Mahmudov isə “Neftçi”də ümumilikdə 10-cu dəfə fərqlənib. Azərbaycan Kuboku və UEFA Avropa Liqasında bir qolu olan yarımmüdafiəçi Premyer Liqadakı hesabını 8 topa çatdırıb.
O, 2017/18 mövsümündə Premyer Liqa və Azərbaycan kuboku yarışlarının hərəsində bir qol vurubsa, cari mövsüm bir dəfə UEFA Avropa Liqasında, yeddi dəfə çempionatda fərqlənib. Eminin “Neftçi”dəki ilk qolu 2017-ci il noyabrın 19-na təsadüf edib. Yarımmüdafiəçi “Qəbələ” ilə Premyer Liqanın ev görüşündə (2:3) qol sevinci yaşayıb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq