Dünya futbolu
Rizvanov Çexiya klubunda qol hesabını açdı
Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhə…
Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhələnin ilk turunun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Arziman Rizvanovun formasını geyindiyi “Bohemians” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Mlada Boleslav” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
Rizvanov da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.
Komandasının sonuncu qolunu da millimizin futbolçusu vurub. O, 56-cı dəqiqədə rəqib qapısına yol tapmaqla həm də bu ilin yanvar ayında transfer olunduğu “Bohemians”da qol hesabını açıb.
“Bohemians”ın U-21 komandası hazırda 3 xalla 10 komanda arasında 1-ci pillədə qərarlaşıb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq