Dünya futbolu
“Borussiya”da ciddi itki: Mövsümü erkən başa vurdu
Almaniyanın “Borussiya” (Dortmund) klubu ciddi itkiylə &…
Almaniyanın “Borussiya” (Dortmund) klubu ciddi itkiylə üzləşib.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisinin əsas heyət oyunçularından olan Əşrəf Hakimi uzun müddətə sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mərakeşli futbolçu son turda “Volfsburq”a qalib gəldikləri (2:0) oyunda zədələnib. Ayağı qırılan futbolçunun bu mövsüm bir daha meydana çıxa bilməyəcəyi bildirilir.
Madrid “Real”ından icarəyə götürülən 21 yaşlı futbolçu tezliklə İspaniyada əməliyyat olunacaq. Onun növbəti mövsümdən yaşıl meydanlara qayıdacağı ehtimal olunur.
Hakimi, “Volfsburq”la matçın 49-cu dəqiqəsində zədələnərək meydanı tərk etmək məcburiyyətində qalmışdı. Maraqlıdı ki, onu əvəz edən Abdu Diallo da 74-cü dəqiqədə zədələnərək əvəzlənmişdi.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza